“Lavazza” barındakı həngamələrin həddi-hüdudu yoxdur
Gundem / Sosial
Oxunub: 4 038
17 okt 2016 | 13:07
“Lavazza” barındakı həngamələrin həddi-hüdudu yoxdur










Bakı şəhəri Nizami rayonu ərazisində, daha dəqiq desək Netçilər metrosundan Bakıxanov qəsəbəsinə yedən yolun kənarındakı “İmam Cahan” məscidinə yaxın ərazidəki “Lavazza” barının hansı yöndə fəaliyyət göstərməsi haqda, yəqin ki, hər kəs məlumatlıdır. Əslində belə bir ünvanın varlığı, ümumilikdə şəhər sakinlərinin adına xələl gətirən səbəblərdən biri olsa da, həmin ünvanda minbir hoqqalara qol qoyulması, iyrənc addımların atılması, həddi-hüdudu bilinməyən hoqqaların baş verməsi və.s, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında baş verən olaylardır.

Baxmayaraq ki, “Lavazza” barı şəhərimizin mərkəzindən bir qədər kənar ünvanda fəaliyyət göstərir. Amma, öz-özlüyündə belə bir ünvanın varlıgı, hər kəs üçün olduqca usandırıcı haldır. Faciəli hal odur ki, bar adı altında fəaliyyət göstərən həmin ünvanda, gündəlik minbir hoqqalara qol qoyulur. Həmin ünvanın belə bir yöndə fəaliyyət göstərməsi isə, əraziyə cavabdehlik daşıyan polis əməkdaşlarının gözü qarşısında baş verir. Polis əməkdaşları da baş verənlərə münasibətdə sanki müşahidəçi rolunu oynayıb, olub-keçənləri kənardan seyr etməklə, vəzifə borclarını bu qayda yerinə yetirmiş olurlar.

Təəccüb doğuran hal odur ki, “Lavazza” da baş verən olayları ictimailəşdirən, əmələ gələn fəsadların mahiyyətini aidiyyəti qurumların diqqətinə çatdıran KİV nümayəndələri, bəzən qınaq obyektinə də çevrilirlər. Məsələn, problemlərin varlığı ilk əvvəl mətbu orqanlarda dərc olunur və tədbir görülməsi üçün cavabdehlik daşıyan qurumların ünvanına sorğu məktubu da göndərilir. Çox keçmir ki, həmin qurumların səlahiyyətliləri tərəfindən də, redaksiya rəhbərliyinin ünvanına şanlı məktub göndərilərək belə bir cavab verilir ki, “sadaladığınız problemlərin araşdırılması əraziyə cavabdehlik daşıyan hansıa rayonun polis idarəsinə və yaxud da, hansısa polis şöbəsinə göndərilmişdir”..

Hörmətli oxucular! “Lavazza” da baş verənlərə ona görə toxunuruq ki, həmin ünvan müqəddəs “İMAM CAMAN” məscidinə yaxın ərazidə fəaliyyət göstərir. Belə bir halın varlığı da, heç cür yolverilməzdir. Çünki, gündəlik neçə-neçə müsəlman qardaş və bacılarımız həmin ünvanda o böyük Allah-Təalaya dualar edib, namaz qılırlar. Hər kəsi haqq yoluna qayıtmağa, AllahTəalanın buyurduğu əməllərə xidmət etməyə dəvət edirlər. Amma, “Lavazza”nı işlədib bar adı altında pul qazananlar isə, minbir cildə girməklə müsəlman adıt-ənənələrimizi tapdaqlar altına atmaqda davam edirlər. Hələ bu azmış kimi, həmin ünvanda vergidən yayınma hallarının baş verməsi, işçilərlə rəhbərlik arasında əmək müqaviləsinin imzalanmaması, antisanitariyanın baş alıb getməsi və s. kimi neqativ hallar da baş verməkdədir.

İnanırıq ki, bizim yazdığımız bu cür açıqlamadan sonra, “Lavazza”ya qarşı əməli addımlar atılacaq və baş verən iyrən addımların qarşısı da alınacaq.

“Lavazza”nın fəaliyyəti ilə bağlı yeni açıqlamalarımızı, yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləyin.
Azerinfo.az
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi