ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar
Gundem / Bolge
Oxunub: 2 507
27 sen 2016 | 20:15
ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar















Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki, gözdən uzaq, könüldən iraq olan kənd rayonlarında qaz vurub, qazan dolduran rəhbər işçilər deyəsən qanmırlar ki, meşədə baltasını işə salan bir təbiət qəddarının əlindən nalə qoparan ağacların qışqırığı uzaqlarda, lap uzaqlarda -Bakıda da eşidilir.

Şübhəsiz burada söhbət nə ağacdan, nə baltadan, nə də ağac brakonyerlərindən gedir. Bu zənglərdə söhbət haqqa qənim kəsilən bir QOLUZORLUNUN əməllərindən gedir. O QOLUZORLUNUN ki, ona vəzifə veriləntək camaatı yersiz incidir, haqqını tapdalayır, açıq-aşkar rekertlik edirlər. Söhbət Azərbaycanın ən dilbər guşələrindən biri, bəlkə də birincisi olan, havası, suyu, bol nemətləri ilə şəfa mənbəyi sayılan Zakatala rayonundan, bu rayonun şərəfinə xələl gətirə biləcək arzuolunmaz hallardan gedir.

ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar









Bu rayondan qəbul etdiyimiz zənglərdə öz dərd-sərlərini ürək ağrısı ilə ifadə edənlər bu "QOCU"nun cirkin əməllərindən bəhs edirlər. Qorxularından adlarının açıqlanmasını istəməyən şikayətcilər bu adamın necə-necə işcinin halal haqqına sahib cıxmasından, CAR MESƏBƏYLİYİNDƏ "burada mənəm Bagdadda kor xəlifə" deyə "kor atın minib köndələn capmasindan" danışdılar. Söhbət Car kəndi ətrafında olan meşə zolaqlarının meşəbəyisi və gözətçilərindən gedir.

ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar









Car-Qəbizdərə meşəbəyliyinin sahə rəisi Həmzə adlı şəxsdir. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı əraziləri əhatə edir. 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Bu 3 dolaydan birinə Abdulməcid, 2-sinə Ramazanın oğlu, 3-nə isə Mahmud adlı şəxs nəzarət edirlər. Məlumata görə Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2-ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən çıxarılmışdır. İndi isə həmin əraziyə, meşələrin qənimi adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir.

Əldə etdiyimiz digər məlumatlara görə, Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində, Tarixlər kəndi ətrafındakı meşə zolaqlarına gözətçi işləyən Rəfayel adlı şəxslə, sahə rəisi olan Həmzə əlbir olaraq, həmin ərazilərdəki meşə zolaqlarına “qan” uddurmaqdadırlar. Onu da qeyd edək ki, kəsilən ağaclar Rəfayelə məxsus traktorla və “Ural” markalı maşınla daşınır. Məlumatlarda o da bildirilir ki, onun maşınının nə qeydiyyatı, nə də ki, dövlət nömrə nişanı var. Belə bir halın varlığı ciddi qanunsuzluq əməli olduğundan, problemin araşdırılması hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə bir vəzifə olaraq düşür.

ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar










Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi Hacı Zelxov isə bu bölgədə meşələrə qənim kəsilən - xüsusi qəddarlıgı ilə başqalarından fərqlənən bir meşə cəlladı kimi ad cıxarşb. O, vaxtilə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə Zelxov Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.

ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar
ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar









Zelxov Hacının necə illərdir törətdiyi qanunsuz əməlləri meşə zolaqlarında əmələ gələn ah-nalənin ərşə ucalmsıma səbəb olmuşdur. Çünki, meşə təsərrüfatını şəxsi gəlir mənbəyinə çevirən bu adamın heç kimdən çəkinəcəyi yoxdur. Son 10 ildə meşələrə indiki qədər ziyan vurulmayıb. Elə bil bu adamın vəzifəsi kəsilməsi qadağan olunan ağac növlərinin məhv edilməsinə şərait yaratmaqdır. Himayədarlarına arxalanaraq, ərazinin olub-qalan meşə təsərrüfatını məhv etməyə qərarlı olan bu adama nədən “dur” deyən tapılmır? Məgər bu meşələrin məhv edilməsi aidiyyatı qurumların gözü qarşısında baş vermirmi? Bu qədər biganəlik, bu qədər məsuliyyətsizlik, bu qədər qanunsuzluq, bu qədər vəhşilik yerə-göyə sığarmı? Özümüz özümüzə balta çalmırıqmı? Özümüz özümüzə qənim kəsilməmişikmi? Həqiqətin bir üzü var: Düşmən də belə etməz! Rayondakı mənbəmizin bildirdiyinə görə, Zelxov Hacının cavabdeh olduğu ərazilərdə narkotik maddələr belə yetişdirilir. Verilən məlumatın nə dərəcədə həqiqət olub-olmaması haqda bir söz deyə bilmərik. Çünki, bu yöndə lazımınca araşdırma apara bilməmişik. Bu məlumatın da araşdırılmasını, yəqin ki, hüquq-mühafizə orqanı əməkdaşları diqqətdə saxlayacaqlar.

MÖVZUNU DİQQƏTDƏ SAXLAYACAGIQ. NÖVBƏTİ YAZIMIZDA CAR MEŞƏLİYİNDƏN LENTƏ ALINMIŞ VİDEO- MATERİALLARI DA SİZƏ TƏQDİM EDƏCƏYİK Bizi izləyin!

Azerinfo.az


ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar
ZAKATALADA "MEŞƏ CƏLLADLARI" KİMLƏRDİR? - Divan tutulan meşələr,qanunsuz taxta sexləri, narkotik plantasiyalar
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ