Bakıda etiraz aksiyası
Gundem
Oxunub: 1 802
23 okt 2014 | 07:34
Bakıda etiraz aksiyasıGündəlik planları artırıldığına görə taksi sürücüləri aksiya keçirib

Bu gün London taksilərini yollarda görmək müşkülə çevrilmişdi. Onlar sanki yoxa çıxmışdı. Bu yoxa çıxmanın isə səbəbləri var. Günün birinci yarısından gündəlik planlarının artırıldığını eşidən taksi sürücüləri yeni aldıqları xəbərlə razılaşmayıblar və buna etirazı da əlaqədar qurumun yanına yığışaraq bildiriblər.

ANS TV-nin məlumatına görə, bu gün London taksilərinin sürücüləri etiraz əlaməti olaraq müvvəqəti fəaliyyətlərini dayandırıb. Səbəb isə Bakı Taksi Məhdud Məsuliyyətli Cəmiyəti rəhbərliyinin sürücülər üçün nəzərdə tutulan gündəlik planın 40 manata qaldırılmasıdır. Bu məqsədlə sürücülər elə avtomobilləri ilə birgə tabe olduqları qurumun önünə toplaşmışdılar. İstəkləri isə planın artırılmaması idi. Deyrlər ki, ötən ay plan 20 manatdan qaldırılaraq 34 manata çatdırıldı. Buna etiraz etdik, bir nəticəsi olmadı. Üstəgəl müştəri qıtlığından əziyyət çəkən sürücülər onu da deyr ki, heç gediş haqqında da dəyişiklik edilmir. Bir yandan yanacağın qiymətinin qalxması, digər yandan isə müştərinin azlığı taksi sürücülərini aciz vəziyyətə salıb. Buna görə də onlar rəhbərliklə plan məsələsində razılığa gəlməyə çalışırdı.

Sürücü Rəşad Məmmədovun sözlərinə görə, planlar iki gün qabaq gəlibsə, bu planın pulunu alırlar: "Mən öz planımı cibimə qoyuram".
Sürücü Rasim Rüstəmov da yaranmış vəziyyətdən narazıdır: "Qışda görmüşük ki, plan aşağı salınır ki, sürücülərə işləmək asan olsun. Əksinə bunlar qışda götürüb planı qaldırırlar. Saat 9-10-dan çöldə adam olmur. Yağış-külək oldu bir nəfər adam tapılmır çöldə".

MMC rəhbərliyinin onları tək-tək qəbul etməsi fikri sürücülərin hiddətinə səbəb oldu. Az sonra qurumun əməkdaşları sürücüləri iclas zalına dəvət etdi ki, onların fikrini dinləsin.
"Bakı Taksi" MMC-nin rəsmisi Rəşad Mahmudov sözlərinə görə, rəhbərlik sürücüləri kollektiv şəkildə qəbul edir.
Sürücülər də bu təkliflə razılaşdı. Və müdiriyyətin təşkil etdiyi iclasda iştirak etdilər. Bir neçə saat gözlədikdən sonra taksi sürücüləri iclasdan çıxdı. Özü də verilən qərarla razılaşmadıqlarını bildirərək.
"Müdiriyyətə dedim ki, plan bizdə yüksəkdir, planı aşağı salın - biz də dolana bilək, hamı ailə sahibidir. Bildirdi ki, planı aşağı salmayacayıq və bununla bağlı kimə istəyirsiniz gedin şikayət edin" deyə sürücü Eldar Cəfərov bildirdi.
Az sonra MMC-nin mətbuat xidmətinin rəhbəri Sahil Əhmədov bizə məlumat verdi ki, London taksiləri dünya praktikasına uyğun olaraq daha az məbləğdə plan ödəyir. Üstəgəl onların işini yüngülləşdirmək üçün avtomobillər iki növbəli olmaqla iki sürücüyə veriləcək. Belə olan halda isə hər bir sürücü 20 manat ödəmiş olacaq.

"Bir sürücü 24 saat sükan arxasında olanda, hamıya məlumdur ki, o çox yorğun olur. Bu isə nəticədə müştəri məmuniyyətinin itirilməsinə gətirib çıxarır. Xidmətin keyfiyyətinə birbaşa təsiri olduğuna görə, müdiriyyət belə bir qərara gəldi ki, biz bu sindromun tamamilə qarşısını alaq. İki növbəli, gələcəkdə isə üç növbəli iş sisteminə keçək", deyə sahil əhmədov bildiridi.

Bundan başqa qurum rəsmisi onu da əlavə etdi ki, gələn aya qədər London taksilərində "Android" sistemli planşetlər qurulacaq. Bu isə sürcülərin daha çox müştəri tutmasına imkan verəcək.
Bu gün, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Bu gün, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Bu gün, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Bu gün, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Bu gün, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Bu gün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bu gün, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Bu gün, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Bu gün, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Bu gün, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Bu gün, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Bu gün, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Bu gün, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Bu gün, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Bu gün, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Bu gün, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Dünən, 21:36
32 ildən sonra Xankəndiyə ilk daxil olan kəşfiyyatçılarla unudulmaz görüş
Dünən, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
Dünən, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
Dünən, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
Dünən, 15:23
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
Dünən, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Dünən, 14:22
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
Dünən, 13:54
Prezident gənclərin tərbiyəsindən danışdı
Dünən, 13:51
DİN-ə yeni vəzifə həvalə olundu