İlham Əliyev və xanımı Stend Atıcılığı İdman Kompleksində tikinti işləri ilə tanış oldular
Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.Azerinfo-nun president.az saytına istinadən verdiyi xəbərə görə, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda kompleksin baş planına əsasən, ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.
Prezident və xanımı kompleksin stend və güllə atıcılığı sahələri ilə tanış olublar.
Qeyd edək ki, kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Eyni zamanda bütün təchizatları olan dördmərtəbəli mehmanxana, 500 yerlik avtomobil dayanacağı da tikiləcək.
Güllə atıcılığı sahəsi isə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq, 483 tamaşaçı isə yarışların gedişini izləyə biləcək. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.
Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub.
Bu Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq.
Dövlət başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək.
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib