Dövlət başçısı "Naftalan Hotel by Rixos"un yeni korpusunda yaradılan şəraitlə tanış olub
Gundem
Oxunub: 1 523
18 okt 2014 | 15:59
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Naftalan Hotel by Rixos"un yeni korpusunda yaradılan şəraitlə tanış olublar.

Azerinfo "president.az" saytına istinadən verdiyi xəbərə görə, otelin təməli 2008-ci ildə qoyulub. Səkkiz hektardan çox ərazisi olan otel 200 yerlikdir. Ötən ilin aprelinədək Qaşaltı sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Klassik və avanqard arxitektura elementlərinin sintezi əsasında yaradılan yeni korpusun interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub.
Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim ediləcək. Oteldə su prosedurları korpusu da yaradılıb ki, o da özündə üzgüçülük hovuzunu, yod-brom vannasını, sualtı idman hərəkətləri hovuzunu, sauna və digər bölmələri birləşdirir. Yaxın gələcəkdə sanatoriyanın imkanları nəzərə alınaraq burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.
Müxtəlif əyləncə bölmələrinin də olduğu oteldə trenajor zalı, günəş vannası terrası və fəvvarələr kompleksi var. Oteldə hazırda dünya şöhrətli Rixos qrupunun nəzarəti altında 182 nəfər çalışır. Heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir.
Dövlət başçısı otelin nömrələrində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otelin 92 otaqlı yataq korpusuna daha 71 otaq əlavə edilib. Burada müxtəlif kateqoriyadan olan 163 nömrə müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. "Naftalan Hotel by Rixos"da yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib