Yevlxda “Zeytun Mərahim” saxtakarlığı

Ölkə əhalisinin keyfiyyətli və təhlükəsiz qida məhsullarına olan təminatlarının ödənilməsi ilə bərabər, keyfiyyətli dərman preparatları ilə təminatı da, qarşımızda duran əsas vəzifələrdən biridir. Baxmayaraq ki, bəzi işbazların saxta əməllərinə qarşı, bu gün də aidiyyəti dövlət qurumları tərəfindən davamlı mübarizə aparılır və belə bir problemlərin aradan qaldırılması istiqamətində əməli addımlar da atılır. Amma, əldə etdiyimiz məlumatlara görə Yevlax şəhəri S.Vurğun küçəsi “Mahir” aptekin arxasında, bir qədər də dəqiq desək işıqfordan təqribən 50 metr aralı məsafədə fəaliyyət göstərən “Zeytun Mərahim” apteki, saxta dərmanların satışına görə xüsusi ad-san da çıxarıb.
Şəhərdəki mənbəmizin bildirdiyinə görə, saxta dərmanların satışına görə adı dillər əzbəri olan “Zeytun Mərahim” aptekin bugünkü sahibi Elnur adlı şəxsdir. Mənbə onu da bildirir ki, vaxtilə o, saxta dərmanların satışı ilə məşğul olduğundan iş başında yaxalanır və qanunsuz əməllərinə aidiyyəti qurumlar tərəfindən “veto” da qoyulur. Amma çox keçmir ki, Elnur adlı şəxs hansısa himayədarının “dobro” deməsindən sonra Bakı şəhərində dərman “depo”su aça bilir və saxta əməllərini davam etdirmək üçün, “Zeytun Mərahim” aptekini qurub formalaşdırır.
Daha çox var-dövlət qazanmaq hərisliyi gözünü örtən və iştahasını heç cür cilovlamağı bacarmayan Elnur adlı şəxs, bu gün saxta dərman satışından əldə etdiyi gəlirə görə, olduqca imkanlı şəxslərdən biri də hesab olunur. Amma, o, heç bir halda heç kimi düşünmür ki, geni dəyişdirilmiş dərman satışı vətəndaşlarımızı hansı müsibətlərə düçar edir. “Təki, pul olsun, təki var-dövlət olsun” deməklə, saxta əməllərini davam etdirən bu şəxsə qarşı aidiyyəti qurumlar tərəfindən tədbir görülməməsi də, hələ ki, hər kəsi düşündürməkdədir. Adı çəkilən aptekdən saxta dərman alan şəxs bizimlə söhbətində bildirdi ki, “təqribən 5-7 gün bundan əvvəl səhhətimdə əmələ gələn problemlə bağlı “Zeytun Mərahim” aptekə üz tutdum və həmin aptekdən “Skladol Brendeks” adlı dərman da aldım. Həmin dərmandan istifadə edən zaman, səhhətimdəki problemlərim daha da çoxaldı. Başqa bir həkimlə məsləhətləşərkən, o, “Skladol Brendeks”in saxta olduğunu müəyyən edə bildi”.
Bəli, bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, bəzi işbazların, o cümlədən Elnur adlı şəxsin də hansısa himayədarına arxalanaraq bu cür əməllərlə məşğul olması, təkcə var-var dövlət qazanamağa deyil, həm də çoxsaylı vətəndaşlarımızın məhvinə yönəlik addımlardır. Çünki, buna bundan başqa ad vermək olmaz.
Problemin varlığını diqqətdə saxlayacağıq.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib