Yaşıllıqda itən şəhər – Yevlax Azərbaycanın incisinə çevrilib (ÖZƏL)
Gundem / Bolge
Oxunub: 1 197
25 in 2016 | 12:21
 Yaşıllıqda itən şəhər – Yevlax Azərbaycanın incisinə çevrilib (ÖZƏL)











Bizə elə gəlir ki, mülayim-isti yarımsəhra və quru çöl iqlimi olan Yevlax haqqında işlətdiyimiz “yaşıl şəhər” ifadəsi yalnız son 7-8 ildə bu regionda olmayanları təəccübləndirəcək. Amma qədim İpək yolunun üstündə, Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşən bu şəhərin az qala hər addımında park və xiyabanları, yaşıllıqları görənlər nə qədər haqlı olduğumuza yəqin bəraət qazandırarlar. Bir vaxtlar günorta üstü Günəşin adamın canını dağlayan al şəfəqləri altında tək-tük insanların gözə dəydiyi bu şəhərdə indi min zəhmətlə çəkilən yaşıl çələngin kölgəsi ruha səfa verən bir sərinlik gətirir. Sağı – solu xan çinarların, eldar şamlarının xüsusi yaraşıq verdiyi yollarla Yevlax Rayon İcra Hakimiyyətinin çox az-az rayonlarda gördüyümüz əzəmətli binasına yaxınlaşırıq. Binanın qarşısındakı və ətrafındakı göz oxşayan yaşıllıqlar, pardaxlanmış qızıl gül və səliqə ilə kəsilmiş bəzək kollarının yaratdığı mənzərə sözün əsl mənasında heyranlıq doğurur.

İdeologiya .az bildirir ki, 2004-cü ildən etibarən Yevlaxda ümumi sahəsi 12, 6 hektar olan 14 park, xiyaban və istirahət bağı, 17 nümunəvi məhəllə və 27 fəvvarə-şəlalə tikilmişdir. Ümumilikdə rayon ərazisində 2 milyondan çox ağac, 5 milyon gül kolu əkilmişdir. Şəhər ərazisində, Kürün sahili boyu salınmış bulvar kompleksinə gəldikdə isə, etiraf edək ki, bura paytaxt sakinlərinin sevimli istirahət yeri olan Xəzərin sahilindəki Milli Parkdan heç nə ilə geri qalmır. Ümumi sahəsi 8,2 hektar olan bulvarın sahil boyunca bir hissəsi Kürün üzərində estakadalarda yerləşdirilmişdir. Təkcə bulvar ərazisində 22 fəvvarə, 1 şəlalə, bir neçə xidmət obyekti, “Ana və uşaq” otağı, uşaq əyləncə mərkəzi, 4 karusel, idman meydançaları tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, çimərlik salınmışdır.

“Nə əkərsən onu da biçərsən…”- Bu el məsəlinin çox vaxt mənfi çalarda işlənməsinə baxmayaraq, bu yazıda onu tam müsbət mənada yarımbaşlığa çıxarmışıq və bu da əsassız deyil. Yevlaxda son illərdə bütün sahələrdə “əkilən və səpilən toxumlar cücərdikcə onların məhsulu” bu regionun zənginləşməsinə, şəhər və kəndlərin abad və gözəl olmasına, insanların sosial rifahının durmadan yaxşılaşmasına xidmət etmişdir.

Bununsa bir səbəbi var. Cənab Prezidentin düzgün kadr siyasəti. İcra başçısı Qoca Səmədov həm Prezidentin, həm də yerli əhalinin etimadın doğruldub. Ona görə də burada inkişaf var, tərəqqi var.

İdeologiya.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI