48 saylı məktəbin direktoru Şahismayılın şahlığına son qoyulacaqmı
Gundem
Oxunub: 1 050
23 in 2016 | 11:19
48 saylı məktəbin direktoru Şahismayılın şahlığına son qoyulacaqmı











Təhsil nazirinin pul yığımları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hələ də bəzi məktəblərində köhnə ənənələr davam etdirilməkdədir. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, Şahismayılın rəhbərlik etdiyi 48 saylı tam orta məktəbdə özbaşınalıq pik nöqtəyə çatıb. Bu barədə Dosye.org-a valideynlərdən biri məlumat verib. Məlumata görə, sözügüdən məktəbdə şagirdlərin məktəbdən yayınmasının birinci səbəbi təlim prosesinin zəifliyi, müəllimdən lazımi səviyyədə bilik ala bilməməsi, tədrisin aşağı səviyyədə olmasıdır. Bildirilir ki, müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Şəxsi tədris planları yoxdur. Əvvəllər müəllimdən plan tələb olunurdu ki, dərs vaxtı nədən danışacaq. Məlumatda qeyd olunur ki, müəllimlərin metodiki hazırlığı çox zəifdir. Əksəriyyəti başdansovdu dərs keçir. Şagird məktəbdə dərs vaxtı müəllimdən bilik ala bilmir. Məcburdur, dərsdən sonra başqa müəllimin yanına getsin. Ona görə valideynlər uşaqları məktəbdən yayındırıb repititor yanına göndərirlər. Bir sinifdə 10-15 nəfər dərsdə iştirak etmirsə, bu, artıq xəstəliklə bağlı deyil. Deməli, bu uşaqlar dərs vaxtı harasa başqa yerə gedirlər. O başqa yer də, birinci halda repititordur, ikinci halda, ümumiyyətlə, dərsdən yayınmaqdır. Mənbənin Dosye.org-a verdiyi məlumata görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb.

Birinci sinifə qəbul 50 manat. 30 manat direktora, 20 manat sinif rəhbərinə. Bu informasiyaların isə doğruluğunu yoxlamaq müşkül məsələdir. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim nəsə ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır. Verilən bilgiyə görə, bu məktəb Xətaidə ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Belə ki, məktəbdə yuxarı sinif şagirdlərinin bir neçəsi ümumiyyətlə məktəbin yerini belə bilmir. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla «anlaşıb» aylığa çıxması bu düyünün əsl açarıdır. Şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, Şahismayıl Rüstəmovun şahlıq idarəetmə üsulu bu məktəbdə xaos yaradıb.Qarşı tərəf məsəliyə münasibət bildirməkdən yayındı.

P.Həsrət

P.S.. Biz redaksiya olaraq ümid edirik ki, Mikayıl Cabbarovun belə işlərdən xəbəri yoxdur və məlumat alan kimi ciddi tədbirlər görəcək. Həm də öyrənib sizi məlumatlandırmağa çalışacağıq ki, Şahismayıl Rüstəmovun şahlıq idarəetmə üsulunun təməlində nələr dayanır.(Azerbaycaninfo.az)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu