Qədim Şəkimiz daim inkişafda
Gundem / Bolge
Oxunub: 1 410
22 in 2016 | 12:56
Qədim Şəkimiz daim inkişafda




















Qədim tarixə, əsrarəngiz təbiətə malik olan Şəki ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Şəkinin simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.

Şəki Azərbaycanın təkcə yüngül sənaye şəhəri kimi yox, həm də istirahət yeri, gözəl turizm mərkəzi kimi inkişaf etməkdədir. Gözəl təbiəti, iqlim amilləri, memarlıq, mədəni-məişət abidələri, müsbət adət-ənənələri, nadir sənətkarlıq növləri, heç yerdə təkrarı olmayan Şəki mətbəxinin ləziz xörəkləri turizmin, xüsusilə beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bu dövrdə böyük əhəmiyyət kəsb edir.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Şəkidə son aylar həyata keçirilən işlər barədə oldu. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayonun bugünkü inkişafına uşaq kimi sevinir. Deyir ki, cənab Prezidentimizin Şəkiyə xüsusi diqqət və qayğı göstərməsi, əlavə vəsait ayırması onları çox sevindirib, məsuliyyətini artırıb.

Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Şəkinin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Şəki tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Şəkidir. Hazırda rayona rəhbərlik edən icra başçısı Elxan Usubovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Elxan Usubov Şəkiyə icra başçısı təyin edilməsindən 5 il vaxt keçib. Hələ Ağstafa rayonunda işləyərkən cənab Usubov bir sıra uğurlara imza atmış, rayonu abadlaşdırmış və bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Şəkiyə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Elxan Usubovun gərgin əməyi və zəhməti sayəsində Şəki sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Şəki rayon İcra Hakimiyyəti Başçısı cənab Elxan Usubovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Şəkinin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Azerinfo.az-ın elektron poçtuna ünvanlanan məktublarda Şəki RİH-nin başçısı Elxan Usubovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu yolda hər birinizə uğurlar diləyirik”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI