Beyləqanda polisə təzyiq etmək üçün icra başçılarının adlarını hallandırırlar – ÖZƏL
Gundem / Bolge
Oxunub: 1 436
16 in 2016 | 11:50
Beyləqanda polisə təzyiq etmək üçün icra başçılarının adlarını hallandırırlar – ÖZƏL












Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramlarının icrası davam edir.

2001-ci ildən bəri 25 min 221 ailə və ya 126 min 1-5 nəfər daimi məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilmiş, 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 43 klub-icma mərkəzi, 37 rabitə evi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, yol, su, qaz, elektrik, kanalizasiya, istilik xətləri çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıbdır.Həmçinin, Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış mənzillərə köçürülmüşdür.

Əlbətdə bu işlər durmadan davam edir və ölkəmizdə prioritet məsələdir.

Bununla yanaşı məcburi köçkün adından istifadə edərək, radikal,dağıdıcı müxalifət partiyalarının təsiri ilə qeyri-qanuni tikinti aparıb, dövlət orqanlarını olmazın günahlarda suşçlayanlar var. Bu azmış kimi belələrinə bəzən dəstək verənlərdə tapılır.

Bəzi KİV-lərdə məlumat gedib ki, Füzuli rayonunun Qərvənd kəndindən olan Zamin Rəşid oğlu Qurbanov SMD 42 deyilən ərazidə 23 ildir torpaq evdə yaşayır. Və indiyə qədər ona kimsə bir söz deməyib. Lakin dünəndən əlinə düşmüş kiçik imkandan istifadə edərək, ailə və uşağını 20 ildən artıqdır torpaq üzərində böyüdən Füzuli qaçqını bir mərtəbəli və iki otaqlı ev tikmək istəyib. Amma Beyləqanın icra başçısı Vaqif Abdullayev, Füzulinin icra başçısı Alı Alıyev, habelə Beyləqan polisinin rəisi Vaqif Şıxəliyev əraziyə gələrək, Zamin Qurbanovun ev tikməsinə imkan verməyiblər. Bu azmış kimi, özünü Polis Şöbəsinə aparıb, tikilini isə uçurublar.

Guya ilk olaraq əraziyə Beyləqan polis rəisinin müavini Taleh Hüseynov gəlib. O, Zamin Qurbanovdan “şirinlik” istəyib. Alınmadıqda isə rəisinə məlumat verib. Qısa müddətdən sonra isə əraziyə polis gətirlib.

Qeyd edək ki, polis tikintini dayandırmasını belə əsaslandırıb ki, Zamin Qurbanovun ev tikdiyi ərazi keçmiş Təmir Tikinti ASC-nin mülkiyyətindədir.

Mətbuatda yazılır ki, sonra Beyləqanın icra başçısı Vaqif Abdullayev və Füzulinin icra başçısı Alı Alıyev də prosesə qoşulublar. Onlar tikinti işlərinin aparılmasını “qanunsuz” elan edərək, Zamin Qurbanovun polis tərəfindən saxlanılması barədə guya göstəriş veriblər. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı şöbəsinin rəsmilər də ortada pul olmadığı üçün tikintinin dayandırılmasını tələb etəyə başlayıblar.

Əvvala görünən odur ki məlumatlar uzlaşmır. Polis rəisinin müavini Taleh Hüseynov güya Zamin Qurbanovdan “şirinlik” istəyibsə DEMƏK TİKİNTİYƏ İCAZƏ VERƏCƏKMİŞ. Başçinin qərarı varsa polis şirinlik alıb necə icazə verə bilər? Demək adı çəkilən icra başçılarının məsələdən heç xəbərləri yoxdur. Sadəcə adi manevrdir bu yanaşma. Məsələyə diqqəti yönəltmək üçün icra başçılarının adını qeyd etmək.

Hər bir halda həm Vaqif Abdullayev həm Alı Alıyev təcrübəli dövlət qulluqçularıdır və daim istənilən vətəndaşın problemləri ilə maraqlanırlar. Bu məsələni də mütləq çözəcəklər. Ancaq həqiqətə uyğun olmayan məlumat yaymaqla işgüzar imicə zərbə vurmaq kimsəyə yaraşmır.

İdeologiya.az

Özəl yazılarda istinad zəruridir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI