Sumqayıtdakı 11 saylı orta məktəbdə şagirdlərdən təmirpulu yığılır
Gundem
Oxunub: 1 375
10 in 2016 | 11:16
Sumqayıtdakı 11 saylı orta məktəbdə şagirdlərdən təmirpulu yığılır










Direktor əvəzi Şəhla Bağırova 10 manat verməyən valideynləri uşaqlarını məktəbdən qovacağı, qiymətlərini aşağı salacağıyla hədələyib

Sumqayıt təhsilində baş verən biabırçılıqların ardı-arası kəsilmir. Redaksiyamız xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun dediklərini bu şəhərdə nə saya salan var, nə də ciddiyə alan. Əgər belə olmaysaydı, Sumqayıt şəhər 11 saylı orta məktəbdə baş verənlər reallaşa bilməzdi.
Redaksiyamıza verilən məlumata görə, sözügedən orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Şəhla Bağırova təmir adı altında şagirdlərdən pul yığır. Bu barədə Redaksiyamıza göndərdiyi məktubunda valideyn Reyhan Muradova yazır ki, Şəhla Bağırova 1-ci sinifdən tutmuş 11-ci sinif şagirdlərinə qədər, hər birindən 10 manatdan təmirpulu yığdırır.
Onun bildirdiyinə görə, ibtidai siniflərdə oxuyan şagirdlərin pul verməyən və ya vermək istəməyən valideynlərin ödənişlərini isə müəllimlər reallaşdırmalıdırlar. Yuxarı sinif şagirdləri ilə məsələ isə elə də çətin deyil. Çünki direktor onların valideynlərini hədələyərək, pul verməyəcəkləri təqdirdə şagirdlərin qiymətini aşağı salacağı, məktəbdən xaric edəcəyi barədə xəbərdarlıq edib.
Reyhan Muradova Redaksiyamıza yazır ki, faktiki olaraq Sumqayıt şəhər 11 saylı orta məktəbin təmirə ehtiyacı yoxdur. «11 saylı orta məktəb Sumqayıtda yeganə məktəbdir ki, əsaslı şəkildə təmir edilərək, müasir üslübda tam şəkildə 15 sentyabr 2015-cı ildə istifadəyə verilib. Elə bu səbəbdəndir ki, Şəhla Bağırovaya baxanda, keçmiş direktor Ofelya Babayevanın dünyadan köçənlərinə rəhmət oxuyuruq».
Valideyn sonda bildirir ki, onlar direktor əvəzinin tələblərini yerinə yetirməkdən beziblər. Bu səbəbdən də mətbuat vasitəsi ilə ilgili qurumlara müraciət edərək, onlardan yardım istəyirlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI