Cavanşir Tağıyev rus və yahudi qəbirlərini niyə dağıtdırır- “MƏZARLIQ BİZNESİ”
Məlum olduğu kimi bu gün respublikamızın müxtəlif rayonlarından paytaxt Bakıya daimi yaşamağa gələn vətəndaşlarımızın sayında dinamik bir artım müşahidə olunmaqdadır. Maraqlıdır ki, dövlət tərəfindən həyata keçirilən regionların iqtisadi inkişaf proqramları sayəsində şəhər və rayon sakinlərinin məişət şəraitləri arasındakı fərqin getdikcə aradan qalxması da bu axının qarşısını almağa kifayət etmir. Hətta informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bölgələrimizdə tətbiqi nəticəsində gənc nəslin informasiya mübadiləsi baxımından əldə etmiş olduqları yeni imkanlar da böyük şəhərlərin cazibə qüvvəsini üstələyə bilmir. Digər tərəfdən isə şəhərlərə kütləvi axın prosesi – urbanizasiya, bu şəhərlərin özlərində müxtəlif problemlərin yaranması ilə müşahidə olunur. O cümlədən günü-gündən artan əhali sıxlığı iri şəhərlərdə su, qaz, elektrik enerjisi təchizatından tutmuş, yollarda yaranan tıxaclara qədər bir sıra problemlərin yaranmasına səbəb olur.
“Qəbir yeri bazarı”
Məlumdur ki, insan sıxlığı yüksəldikcə bütün istehlak mallarına tələbat da artır. Lakin insanların tələbatı təkcə istehsal sahələrində yaradılan nemətlərlə təmin olunmur. Bu baxımdan cənazənin dəfninə dair müəyyən olunmuş islam qaydaları son illər iri şəhərlərdə cəmləşməyə meyilli olan əhalinin qəbir yerlərinə tələbatını da xeyli yüksəldib. Bu tələbat isə öz növbəsində qəbiristanlıq spekulyasiyalarına şərait yaradıb. Daha dəqiq desək, bu gün qəbiristanlıqlarda spekulyasiya obyektinə çevrilən, məzar üçün nəzərdə tutulmuş, təxminən 2,5 kvm-lik torpaq sahəsidir. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb.
Müxtəlif mənbələrin iddialarına görə isə bu bazarda istər qiymətlərin müəyyənləşdirilməsi, istərsə də bazarın idarə olunması Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev tərəfindən həyata keçirilir. Azerinfo.az-a daxil olan məlumatlarda bildirilir ki, paytaxtın və ətraf qəsəbələrin qəbirstanlıq ərazilərində torpaq “satışı” ilə məşğul olan şəxslər, konkret qiymətlərin təklif olunmasında məhz Cavanşir Tağıyevə istinad edirlər. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda isə müxtəlif qiymətlər mövcuddur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında və daha yuxarıdır. Bu arada isə Cavanşir Tağıyev mətbuata verdiyi açıqlamalarda israr edir ki, guya qəbir yerləri vətəndaşlara pulsuz verilir. Digər tərəfdən də Əhaliyə Vətəndaşlıq Xidməti Tresti hər il mərasim xidmətlərinin, eləcə də mərmərin, daşın-qumun-sementin qiymətini qaldırır, ölü sahiblərini çətin durumda qoyur.
Dövlətçiliyə zərbə
Elə bu səbəbdəndir ki, Cavanşir Tağıyev dəbdəbəli evlərə və maşınlara sahibdir. İddia olunur ki, bu yaxınlarda o, qiyməti 200 min dollara yaxın olan xarici markalı avtomobil alıb. Həmin avtomobilin təkcə dövlət nömrə nişanına 10 min manat pul verilib.
Lakin deyəsən, Cavanşir Tağıyev “Qurd qapısı” qəbiristanlığında baş verənlərin hətta diplomatik qalmaqala səbəb ola biləcəyinin fərqində deyil. Bir daha qeyd edək ki, daha çox sökülən rus və yəhudi qəbirləridir ki, bu məsələ ciddi qalmaqala səbəb ola bilər. Doğrudur, bəzən sökülən qəbirlər erməni qəbirləri kimi qələmə verilir. Lakin “Qurd qapısı” qəbirstanlığında erməni qəbirləri ya ümumiyyətlə yoxdur, ya da çox azdır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb. Təbii ki, Prezidentin sözlərində həqiqət payı var. Azərbaycan həqiqətən də dünyada en tolerant ölkələrdən biridir. Lakin Cavanşir Tağıyev kimi məmurların əməlləri ölkəmizin bu imicinə ciddi zərbə vura bilər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI