Baş Prokurorluq növbəti dəfə jurnalistləri müdafiə etdi

Baş Prokurorluq: ATV əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanıb
İyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb.
Bu barədə İdeologiya.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprel ayından fəaliyyət göstərən “Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları – Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişlər. Bundan başqa hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI