Texniki Universitetə ayrılan pullar Novxanıda necə peyda oldu?
Gundem
Oxunub: 1 097
6 in 2016 | 13:11
Texniki Universitetə ayrılan pullar Novxanıda necə peyda oldu?












Rektor Havar Məmmədovun «sağ əli» olan Zakay təhsil ocağında xüsusi qaydalar yaradıb

Hələ bir müddət əvvəl universitetlərdə durumun faciəvi olduğu barədə məlumat vermişdik. Bu yaxınlarda Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi rektor Babanlıdan şikayətçi düşərək, oxuduqları təhsil ocağında bazar açıldığını vurğulamışdılar. Analoji durum Azərbaycan Texniki Universitetdə də (ATU) yaşanır. Sadəcə, forma və məzmunda bir qədər fərq olmaqla.

Universitetdə Zakay «sindromu»

ATU-nun əsas fiqurlarından biri Zakay adlı şəxsdir. Universitetin Tədris Hissə müdiri olaraq çalışan sözügedən şəxs, həmçinin rektor Havar Məmmədovun da «sağ əli» hesab olunur. Zakay dekanlardan tutmuş, müəllimələrə qədər hər kəsə nəzarət etmək hüququna sahibdir. Eyni zamanda, imtahan vaxtı qiymətləri müəyyənləşdirmək, pulları yığmaq da onun səlahiyyətində olan məsələdir.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Havar Məməmmədovun «sağ əli» olan Zakay müəllim yay imtahan sessiyası dövrü üçün qiymətləri 200-300 manat aralığında müəyyən edib. Belə ki, ATU-da da digər universitetlərdə olduğu kimi, Boloniya sisteminə keçilib. Və tələbələrə qarqı tələ kimi istifadə olunur. Zakay müəllim isə təmsil etdiyi universitetdə konkret qiymət müəyyənləşdirib və həmin məbləği ödədikdən sonra imtahan verib, keçid balını toplamaq mümkündür. Pul verməyənlər isə 1 və ya 2 balla «ilişib» qalır, sonra da kredit ödəməklə bu «bəla»dan yaxasını qurtara bilmir.

Universitetin təmiri niyə yarımçıq qaldı?

ATU-nun təmir-bərpa işlərinin yarımçıq qaldığını görmək üçün bircə dəfə universitetin yanından keçmək kifayətdir. Bir neçə ildir davam edən, hələ də başa çatmayan prosesin nəylə bağlı olduğu hələ də bir çoxlarıyçun müəmma olaraq qalıb.
Redaksiyamızın araşdırmaları zamanı bir müddət əvvəl məlum olmuşdu ki, burada problemin kökündə dayanan əsas amil maliyyə çatışmazlığıdır. Amma maraqlıdır ki, ATU-ya təmir-bərpa işləri üçün külli miqdarda pul da ayrılmışdı. Bəs, belə olan təqdirdə, hansı maliyyə çatışmazlığından sözbət gedə bilər?
Araşdırmamız zamanı məlum olub ki, ATU-da binanın təmir işləri iki hissəyə bölünüb. Birincisi, binanın daxilinin təmir edilməsidir ki, həmin proses üzrə tenderi keçmiş deputat Xəlilbəy Günəşovun şirkəti udub. İkincisi isə binanın fasad işlərinin təmiridir ki, bu tender idə Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun himayəsində olan «Azimport» şirkəti reallaşdırıb. Amma binanın nə daxili, nə də xaricindəki təmir işləri başa çatmayıb və belə davam edərsə, başa çatacağı da inandırıcı görünmür.
Redaksiyamıza bir müddət əvvəl bununla bağlı məlumat daxil olmuşdu ki, Havar Məmmədov təmir işlərini həyata keçirmək üçün tələbələrin təqaüdlərinin 3 aylıq hissəsini verməyib. Hətta məsələylə ballı redaksiyamıza müraciət edən tələbələr də bəyan edirdilər ki, aldıqları 80-100 manatla güzaranlarını qismən qura bildikləri halda, həmin imkanları əllərindən alınıb. Ancaq universitetin mühasibatlığından açıqlama verildi ki, belə bir hal yoxdur, hətta aprelin pulu belə tələbələrin hesabına köçürülüb.
Bunu xatırlatmaqda məqsədimiz odur ki, Havar Məmmədov binanın təmiri üçün maliyyə axtarır və çıxış yolunu tələbələrin cibində görüb. Amma həmin işlər üçün ayrılmış milyonlarla manatın aqibətinə aydınlıq gətirmək istəmir.

Novxanıda tikilən villa

ATU-nun rektoru Havar Məmmədovun fasad işləri üçün ayrılmış pulların niyə çatmadığı barədə açıqlama verməməsi anlaşılandır. Məsələni araşdırarkən maraqlı bir çox məqamların üzərini açıb. Məlum olub ki, ATU-nun təkcə fasad işləri üçün ayrılmış pulun böyük bir qismi elə rektor Məmmədovun şəxsi məqsədlərinə sərf olunub.
Belə ki, həmin pullarla Havar Məmmədova Novxanı yolunun üzərində çoxmərtəbəli villa inşa edilib. Yəni, «Azimport» şirkətinə ayrılmış pullar dədə malı kimi yarı bölünüb. Beləliklə də tərəflər arasında nə təmir işlərinə, nə də başqa işlərə ehtiyac qalmayıb. jam.az

ANONS

- ATU-da fəaliyyət göstərən iki qruplaşmanın başında kimlər dayanır?
- Havar Məmmədov MTN-in tələsinə necə düşüb?
- Özünü həbsxanada asan keçmiş MTN polkovniki İlqar Əliyev ATU-nun rektoruna kimi tapşırıb?
- MTN-in adamı olan Namiq adlı şəxs kimdir?
- Yığılan milyonlarla manat vəsait hara gedir?
- Havar Məmmədovun biznesini nələr əhatə edir?

Bu və digər maraqlı məsələlərlə bağlı növbəti günlərdə geniş yazımış olacaq.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik