Bakı Biznes Universiteti, deyəsən lisenziyasız qalacaq

Təhsil Naziri cənab Mikayıl Cabbarovun, Bakı Biznes Universitetinin rektoru İbad Abbasova qarşı münasibəti xeyli pisləşib. Buna səbəb, əksər təhsil ocaqlarında olduğu kimi, bu təhsil müəssisəsində də həddi-hüdudu bilinməyən problemlərin varlığıdır. Bu barədə mətbuat səhifələrində dəfələrlə yazılıb, təhsil ekspertləri tərəfindən təhlillər verilib, gərgin müzakirələr də aparılıb. Məsələn, Gundelik-baku.com-a istinadən bildiririk ki, özəl universitetlər yaranmağa başlanandan bu günədək xeyli çatışmazlıqlar ortaya çıxıb və zaman-zaman təhsilin səviyyəsi, professor-müəllim heyəti və maddi-texniki bazaya görə sıradan çıxma halları da baş verib. Xeyli müddət bundan əvvəl özəl təhsil ocaqlarından olan Azərbaycan İctimai-Siyasi Universitetinin də lisenziyası ləğv edildi. Buna səbəb, adı çəkilən təhsil ocağında təhsilin istiqamətinin və niyyətinin bəlli olmaması idi. Yəni, bu universitetdə təhsilin keyfiyyətindən danışmaq heç cür mümkün deyildi. Araşdırmalar göstərir ki, hələ bir neçə özəl ali təhsil müəssisəsinin də bağlanması, artıq günün tələbinə çevrilib.
Belə təhsil ocaqları sırasında Bakı Biznes Universitetinin adı xüsusilə vurğulanır. Qeyd edək ki, bu universitetin lisenziyasının müddəti 2010-2011-ci tədris ilində 5 illiyinə artırılıb. Yəni builki qəbul imtahanları başa çatdıqdan sonra, bu ali təhsil müəssisəsinə verilmiş lisenziyanın vaxtı bitir və əldə etdiyimiz məlumatlara görə Təhsil Nazirliyinin rəhbərliyi də, Bakı Biznes Universitetinin lisenziyasının müddətini heç də uzatmaq fikrində deyil. Buna səbəb, sözügedən universitetdə təhsilin günün tələblərinə cavab verməməsi, kadr hazırlığındakı qüsurlar və keyfiyyətli təhsil sisteminə üstünlük verilməməsidir.
Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, Bakı Biznes Universitetini bitirən gənclər həyatlarının sonrakı mərhələlərində uğur qazana bilmirlər, ən yaxşı halda hansısa tikinti şirkətində fəhlə işləyirlər. Başqa sözlə desək, müxtəlif dövlət idarə və müəssisələrdə, hətta özəl sahələrdə belə bu universitetin diplomunu görüb işə düzəlmək istəyən şəxslərə rədd cavabı verirlər. Eyni zamanda verilən məlumatlarda o da bildirilir ki, İbad Abbasovun adının qanunsuz tələbə köçürmələrində və imtahan zamanı pul yığımlarında hallandırılması, artıq nazirliyin rəhbər şəxslərində, o cümlədən nazir Mikayıl Cabbarovda bu ali təhsil ocağına qarşı olduqca mənfi fikir formalaşdırıb. Çatdırılan məlumatlarda bildirilir ki, rektor İbad Abbasov daxili imtahanlara şəxsən nəzarət edir. Belə bir səbəblər üzündəndir ki, Bakı Biznes Universitetində təhsilin səviyyəsi ildən-ilə aşağı düşür. Bu da onu söyləməyə əsas verir ki, nazirliyin rəhbər şəxsləri universitetin lisenziyasını bağlanmasına çalışırlar. Qeyd olunanlarla bağlı, qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI