Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu hansı «qayda»larla idarə olunur? – İTTİHAM VAR
Gundem
Oxunub: 1 324
2 in 2016 | 14:32
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu hansı «qayda»larla idarə olunur? – İTTİHAM VAR











Ölkənin baş travmatoloqu Vaqif Verdiyev uzun illərdir ki, direktoru olduğu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu inhisarında saxlayır. Belə ki, 70-ə yaxın yaşı olan bu şəxsin adıçəkilən tibb müəssisəsini özünün tətbiq etdiyi «qayda»larla idarə etdiyini vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, son illər ölkənin səhiyyə sistemilə bağlı ciddi islahatlara imza atılsa da, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda hələ də müsbətə doğru irəliləyiş yoxdur. Sözügedən tibb ocağında kifayət qədər nöqsanların olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, dövlətin balansında olan bu xəstəxanada pulsuz tibbi xidmətdən danışmağın özü insanlarda gülünc doğurur: «Deyilənlərə görə, Vaqif Verdiyevin rəhbərlik etdiyi tibb müəssisəsinə müraciət edən pasiyentlər və onların yaxınları o qədər soyulurlar ki, bir gələn bir daha gəlmək istəmir. Xəstələrdən alınan «ödəniş»lər ildən-ilə artsa da, bunun müqabilində göstərilən tibbi xidmət olduqca aşağıdır. Bildirilir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktorunun bütün olub-bitənlərdən məlumatı olsa da, nədənsə o, rəhbərlik etdiyi tibb ocağında yaşanan neqativ halların aradan qaldırılmasında bir o qədər də maraqlı görünmür. Bu isə özlüyündə bəzi söz-söhbətlərə yol açır. Belə ki, deyilənlərə görə, xəstəxanada vəziyyətin bu həddə gəlib çatmasında direktorun da bu ivə digər formada iştirakı var».

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda hər ay şöbələrdən «ödəniş» yığılır: «Bildirilir ki, məhz elə bu səbəbdən də xəstəxananın tibb personalı məcburiyyət qarşısında qalıb xəstələrə, onların yaxınlarına gəlir mənbəyi kimi baxır, onları əlavə xərcə salır, bir sözlə söyub soğana çevirirlər. Hələ bu, harasıdır. Deyilənlərə görə, adıçəkilən tibb müəssisəsində ya rentgen aparatları işləmir, ya da onları işlətmək həkimlərə sərf etmir. Elə bu səbəbdən də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun bəzi həkimləri pasiyentləri müayinə üçün Bakıda fəaliyyət göstərən «Təbriz Mehr» Klinikasına göndərirlər. Bunun səbəbini araşdırdıqda məlum olur ki, xəstələri həmin klinikaya göndərən həkimlər hər pasiyentə görə faiz alırlar. Ümumiyyətlə, Vaqif Verdiyevin rəhbərlik etdiyi tibb ocağında mövcud olan neqativ halları sadalamaqla bitən deyil. Belə ki, qanunsuzluqlar təkcə direktor, baş həkim, şöbə müdirləri, həkimlər səviyyəsində deyil, tibb bacıları, xadimələr səviyyəsində də baş alıb gedir. Məsələn, xəstənin bir mərtəbədən digərinə liftlə qaldırılıb-endirilməsi, əməliyyat otağından palataya köçürülməsi, xəstəyə sisitem köçürülməsi, ağır vəziyyətə gələn şəxsin sarğı edilməsi və s. bu kimi əməliyyatlara görə xəstə yiyəsindən açıq-aşkar şəkildə «ödəniş» tələb olunur. Hətta baş həkimin katibəsi özünün işi olan hərbi xidmətə çağırışçıların blankını doldurmağı da haqqı ödənilməli xidmət növü kimi təqdim edir». Mənbə iddia edir ki, ən çox narahatçılıq doğuran problemlərdən biri də hərbi xidmətə çağırış yaşlı gənclərin sağlamlıq durumu ilə bağlı institutun verdiyi rəylərlə bağlıdır: «Deyilənlərə görə, bu tibb müəsisəsinə müraciət edən mülki vətəndaşlar kimi, hərbi çağırışçılar da süni maneələr və əlavə xərclərlə üz-üzə qalırlar. Məsələn, Vaqif Verdiyevin direktoru olduğu tibb ocağında irəli sürülən «şərt»lərə əməl etməklə hərbi xidmətə çağırışdan möhlət hüququ almaq mümkündür. Yəni heç bir yoxlama, müayinə keçmədən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilən sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə təqdim etməklə «neqodnıy» olduğunu rəsmiləşdirmək olar. Bildiyiniz kimi, I dərəcəli yastıdabanlılıq qüsurları olan şəxslər hərbi xidmətə yararsız sayılırlar. Daha çox isə II dərəcəli belə nöqsanı olanlara rast gəlinir. Belə ki, II dərəcədən I dərəcəyə keçmək və bu yolla hərbi xidmətdən yayınmaq istəyənlər 1000-1500 manatlarından da keçməlidirlər ki, institut tərəfindən orduya yararsız hesab olunsunlar. Qeyd edim ki, bu proses rəhbərliyin nəzarəti altında həyata keçirilir. Əgər aidiyyəti qurumlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda obyektiv araşdırma aparsalar, o zaman deyilənlərin həqiqət olduğunu müəyyənləşdirə bilərlər».
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI