Lerikdə Balaşirinin bala-bala, şirin-şirin korrupsiyası… – İTTİHAM VAR
Gundem / Bolge
Oxunub: 1 394
19 may 2016 | 11:55
Lerikdə Balaşirinin bala-bala, şirin-şirin korrupsiyası… – İTTİHAM VAR











Təəssüflər olsun ki, respublikanın rayonlarında fəaliyyət göstərən bəzi təhsil şöbələri bu sahədə həyata keçirilən dövlət islahatlarını var qüvvələri ilə əngəlləməkdə hələ də israrla davam edirlər. Məhz bu strukturların yarıtmaz fəaliyyəti bölgələrdə təhsilin hələ də həddindən artıq aşağı səviyyədə qalmasına səbəb olur. Digər tərəfdən isə həmin şöbələrinin rəhbərləri tərəfindən kütləvi şəkildə yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur. Bu gün ayrı-ayrı vətəndaşların müxtəlif instansiyalara ünvanladıqları həyəcan dolu məktub və ərizələrində Lerik rayonunun təhsil sistemində durumun son dərəcə gərgin həddə çatdığı aşkar bildirilir. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda da Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun yarıtmaz fəaliyyətindən, öz işində yol verdiyi ciddi qanun pozuntularından əraflı bəhs olunur. Maraqlıdır ki, RTŞ müdirinin özbaşınalıqlarından şikayət edən şəxslər təkcə sadə vətəndaşlar deyil, daha çox məhz pedaqoji fəaliyyətlə məşğul olan insanlardır. Həm də belə şikayətlər artıq uzun müddətdir ki, müxtəlif instansiyalara ünvanlanmaqdadır. Bu xüsusda ilk aldığımız məlumatlardan biri də, Balaşirin Nəsirovun Lerik RTŞ-yə müdir təyin olunmasından cəmi bir il sonra rayonunun Mastail kənd məktəbində müəllim işləyən Fəxrəddin Əliyev tərəfindən redaksiyamıza təqdim olunmuşdu. Hələ o zaman bu uzaqgörən müəllim öz müraciətində bildirmişdi ki, Balaşirin Nəsirov Lerik təhsilini uçuruma doğru aparır: “Artıq bəzi məktəblərin fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşüb. Şöbə müdirinin saxtakarlığına, kobud davranışına, eləcə də digər xoşagəlməz əməllərinə qarşı şikayətlərə isə, rayon rəhbərliyi reaksiya vermir. Hörmətli Prezidentimizin bu sahədə sərəncam və göstərişlərinə əməl olunmur. Bütün bunları nəzərə alıb Lerik rayonunda çalışan bir qrup müəllim “Balaşirin Nəsirovun qanunsuz əməllərinə qarşı” Müdafiə Komitəsi yaratmaq üçün təşəbbüs qrupu təşkil ediblər. Komitənin əsas fəailiyyəti Balaşirin Nəsirovun istər bələdiyyə sədri, istər Peşə Məktəbinin direktoru, istərsə də Təhsil Şöbə müdiri vəzifələrində çalışdığı müddətdə yol verdiyi saxtakarlıqlar, mənimsəmələr, digər neqativ halları sistemli şəkildə araşdırmaq, həmin məlumatları konkret detallarla Prezident Aparatına və digər əlaqədar qurumlara çatdırmaq, ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəsində ona yardımçı olmaqdır…”

Qeyd ermək yerinə düşər ki, ölkə mətbuatında müxtəlif vaxtlarda dərc olunan materiallarda, Balaşirin Nəsirovun adı, onun hələ RTŞ müdiri vəzifəsinə təyinatından əvvəl də dəfələrlə rüşvət qalmaqalları ilə bağlı hallandırılıb. Məsələn, hələ 2011-ci ilin may ayında KİV-də yayılmış bir məlumata görə, Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə, 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxarıb. Onların əvəzinə yeni təyin edilən direktorların isə, hər birindən 3 min manat alıb. İşdən çıxarmadığı orta məktəb direktorlarının da hər birindən 500-1500 manat arasında pul alıb. Daha sonra, rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib.

Həmçinin mənbələr belə bir məqamı da xüsusi olaraq vurğulayırlar ki, Balaşirin Nəsirov əslində müvafiq pedaqoji təcrübəsi olmadığı halda bu vəzifəyə gətirilib: “Təhsil haqqında qanunun müddəlarına əsasən Təhsil şöbəsinin rəhbəri ən azı 5 il məktəb direktoru vəzifəsində işləməlidir. Amma Rayon İcra hakimiyyətinin saytında yerləşdirilən məlumatda da qeyd olunur ki, Balaşirin Nəsirov cəmi heç bir il məktəb direktoru işləməyib. Görəsən dövlət strukturları Təhsil haqqında qanunun müddəlarının kobud şəkildə pozularaq, bu adamın Təhsil Şobəsinə rəhbər təyin olunmasına niyə indiyədək göz yumurlar?”

Bu günlərdə bizimdovr.az-a müraciət etmiş Lerik rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direkrou İlham Əvəz oğlu Əmirov isə, Balaşirin Nəsirovun təqiblərindən və pul tələblərindən bezərək, rayonun təhsil sistemində yaranmış vəziyyət barədə artıq bir başa ölkə rəhbərliyinə ünvanladığı ərizədə ilginc açıqlamalar verib. Qəzetimizin növbəti sayında İlham Əmirovun ərizəsində təqdim olunan faktlardan bəhs edəcəyik…

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı