Bu da sərt xəbərdarlıq
Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa
Bunu APA-ya Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada keçirilən görüşünü şərh edərkən deyib.
Bununla belə, ekspert bildirib ki, bu görüş bir neçə mərhələdə məlum formula çıxmaq üçün lazım idi: "Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistan blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir. Vyana görüşünü Dördgünlük müharibədən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar.
Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq".
S.Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub:
Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir. İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr özündə Dağlıq Qarabağın Azərbaycana aid olmasını ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI