Akif Səlimova niyə iftira atılır? – ÖZƏL

«Hətta dahiliyin də sərhədləri var,axmaqlıq isə heç bir sərhəd tanımır”. Bu dahi sözlər Aleksandr Dümanındır- ölməz fransız yazıçısının
Doğrudan da nadanlıq, axmaqlıq və cahilliyin sərhəddi olmur. Bu gün Azərbaycan mediasına soxulmuş bəzi savadsız şəxslərin ucbatından jurnalistika haqda insanlarda mənfi təsəvvür yaranır.
Bildikləri, bilmədikləri sahələrdən yanlış, şər dolu informasiya yazanları heç qələm əhli adlandırmaq belə düzgün deyil. Bunlar ləkədir.
Qarabağın mərd oğullarılndan biri Akif Səlimov haqda yayılan növbəti böhtan dolu xəbər bizi bu sətirləri yazmağa məcbur etdi. Dırnaqarası jurnalistlər yazır ki, guya Akif Səlimovun bacanağı ermənidir. Odur ki, onun oğluna polisadə vəzifə tutmaq olmaq. Çünki erməni qohumları ilə xaricdə görüşüb məlumat ötürə bilərlər.
Bunu yazanları doğrusu şəxsən görmək istərdim. Soruşam ki, sən məxfi idarədə işləyirsən, yaxud agenturasan ki, DTX əvəzdən dövlət təhlükəsizliyi haqda düşünürsən? Kimsən axı? Haradandı səndə bu məlumat ki, kimsə xaricdə erməni ilə görüşüb məxfi məlumat ötürür?
Deməli belə çıxır ki, Azərbaycanın bu boyda təhlükəsizlik xidməti heç nə bilmir, iş görmür, əvəzində 200 manata ərsəyə gələn mikroskopik sayt kəşfiyyat məlumatı əldə edib. Belə çox gülməlidir.
İkincisi, Akif Səlimova Ulu Öndər Heydər Əliyev etimad göstərirdi. O cümlədən prezident İlham Əliyev də strateji postlara təhkim edib. O da etimadı doğruldub. Bunu bilmək üçün kiçik zaman ayırıb məlumatları oxumaq lazım.
Sizin erməni ilə qohumluqda ittiham etdiyiniz şəxs Qarabağ müharibəsində düşmənə qan uddurub.
1988-ci ildə ermənilərin separatçılıq niyyəti açıq müharibəyə çevrildiyi andan onun xidməti və vətəndaşlıq fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur. Siyasətə qoşulmayan könüllü döyüşçü dəstələrinin təşkili, döyüş məqsədi üçün polis batalyonlarının yaradılması və yüksək döyüş hazırlığına çatdırılması A.Səlimovun rəhbərliyi altında həyata keçirilmişdir. Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Horadiz ərazilərində aparılan qanlı döyüşlərdə qəhrəmanlıq göstərən,əcdadlarımızın adına layiq cəsarətlə, mərdliklə, qorxmazlıqla vuruşan Laçın polis dəstəsi bütün döyüş əməliyyatlarını bilavasitə polis polkovniki A.Səlimovun təşkilatçılığı, rəhbərliyi ilə keçirilmişdir. Azərbaycanın mübariz ənənələrinə sadiq olan laçınlı polislərin 50 nəfərə yaxını döyüşlərdə həlak olmuş, 144 nəfəri döyüşlərdə yaralanmışdır. Göstərilən igidliklərə görə 3 nəfər polis əməkdaşı “Azərbaycanın Milli Qəhrəmanı” adına, 3 nəfər isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Düşmənin hərtərəfli öyrənilməsi, onun tarixi, mənşəyi, dini, dili, bəşəriyyət tarixində rolu və yeri istiqamətində A.Səlimovun sərbəst şəkildə apardığı araşdırma və tədqiqatların maraqlı nəticələri vardır.
İdeologiya.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI