BMM -də Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva bürosunun keçmiş əməkdaşı Fuad Abbasov Bakıda mətbuat konfransı keçirib

Azerinfo.az-ın məlumatına görə, Fuad Abbasov bildirib ki, sovet imperiyası dağıldıqdan sonra Rusiyanın mətbuat orqanlarında Azərbaycana qarşı informasiya müharibəsi aparılır. O, bunun Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə bağlı olduğunu deyib. F. Abbasov Azərbaycanın mövqeyini müdafiə etməməklə bağlı Rusiya televiziyalarından dəfələrlə xəbərdarlıq aldığını söyləyib: “Aprel ayının ilk günlərində Azərbaycan və Ermənistan arasında müharibə başlayanda məni televiziyalara
çağırmağa başladılar. Lakin xəbərdarlıq etdilər ki, çıxışımda Azərbaycanın mövqeyini müdafiə etməyim. Mövqelərini bununla əsaslandırdılar ki, guya mən
Azərbaycanı yox, Türkiyəni təmsil edən jurnalist kimi ora çağırılmışam”. F. Abbasov qeyd edib ki, Azərbaycanın mövqeyini müdafiə edən Rusiya politoloqları da efirə dəvət olunmur: “Məsələn, Oleq Kuznetsov Azərbaycanın mövqeyini müdafiə etdiyi və həqiqəti dediyi üçün efirə buraxılmır". Jurnalist Rusiyada fəaliyyət göstərən
Azərbaycan diaspor qurumlarının fəaliyyətini tənqid edib: “Azərbaycanın Rusiya mediasında təbliğ olunmamasının ilk səbəbini mən diaspor fəaliyyətinin zəif olmasında
görürəm. Bir çox qurumlar olsa da, əlaqəli fəaliyyət göstərmirlər. Bu təşkilatlar arasında bəzən intriqa o həddə çatır ki, adam utanır”. F. Abbasov işdən kənarlaşdırılmasının səbəbləri barədə də danışıb: “Mən bunun rusların şikayəti səbəbindən olduğunu düşünmürəm. Rusiya tərəfindən heç bir təzyiq görmədim.
Bizim agentliyin direktoru vaxtilə Rusiyada çalışıb, yaxşı əlaqələri var və hesab edirəm ki, erməni lobbisi mənim Azərbaycanın mövqeyini müdafiə etməyimdən əsəbiləşərək, agentliyin direktorundan işdən kənarlaşdırılmağımı xahiş edib”. F. Abbasov gələcək fəaliyyətinə də toxunaraq, Moskvaya geri qayıdacağını bildirib: “Fəaliyyətimin əsas istiqaməti Rusiyada Azərbaycana qarşı informasiya blokadasını yarmaq olacaq. Mən öz dövlətimdən dəstək gözləyirəm”.
Bakı
Xanlar Cəbrayilzadə





Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI