Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Gundem / Sosial
Oxunub: 2 456
23 apr 2016 | 15:46
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”








Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İSİM ( İсtimai Səhiyyə və İslahatlar Mərkəzi), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı və dəstəyi ilə 19-22 aprel tarixlərində “Xoş gəldin körpə” şüarı altında “Ana-Uşaq Sağlamlığına Dəstək” layihəsi ilə bağlı “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” adlı 4 günlük kurs proqramı keçirilib. Tədbirdə TİKA-nı təmsil edən professor və mütəxəssislərlə yanaşı respublikanın müxtəlif klinikalarının həkim və rezident heyəti iştirak edib. Kurs üzvlərini salamlayaraq tədbiri açıq elan edən Universitet Klinikasının baş həkimi, dosent Asiman Həsənov kursun faydası və vacibliyi ilə bağlı məlumat verdi və bu tip elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkilinin tibbin yüksək səviyyədə inkişafına, həmçinin də bütün bu çabaların körpələrimizin sağlamlığının qorunmasında mühüm rol oynayacağını bildirdi:

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bizim münasibətlərimizin təməl prinsipidir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri məhz bu əsasda qurulur və əminliklə deyə bilərəm ki, bütün bu inteqrasiyalar, əl-ələ verib birgə gördüyümüz uğurlu iş birliyimiz bütün türk dünyasında, həmçinin tibb sahəsində də öz müsbət əksini göstərir və göstərəcəkdir. Artıq 4 gündür davam edən “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” kursu Azərbaycan tibbi və eləcə də hər birimiz üçün olduqca əhəmiyyət kəsb edir. Yəqin ki, burada iştirak edən mütəxəssislərimiz də bunun fərqinə vardılar. Çünki, bu kurslarda 60 nəfər mütəxəssisimiz iştirak edə bildi. Buna baxmayaraq, tələbat yenə də var idi. Təbii ki, Türkiyədən gələn mütəxəssislərlə təcrübə mübadiləsi, əməkdaşlıqlar bizim üçün olduca vacib məsələdir. Son illərdə Türkiyənin də birbaşa dəstəyi ilə bizə Avropadan yeni qapılar açılır. Bu yöndə kursu təşkil edən təşkilatçılara, TİKA-nın Türkiyə və Azərbaycan rəhbərliyinə, İSİM əməkdaşlarına və Türkiyənin “Ana-Uşaq Sağlamlığına Dəstək” dərnəyinin heyətinə öz dərin təşəkkürümüzü bildiririk. Doğrudan da körpələrin sağlamlığı, onların reanimasyon dəstəyi, hər hansı ehtiyacı olduğu halda ilkin tibbi yardımın göstərilməsi əvəzsiz, heç bir ölçüyə, dəyərə sığmayan işlərdir. Bu işlər üzrə tədbirlərimiz silsilə şəklində davam edəcəkdir.”

Tədbirdə iştirak edən TİKA-nın baş koordinatoru Mustafa Haşim Polat TİKA-nın fəaliyyəti haqqında kurs iştirakçılarını məlumatlandırdı. “Bu kurslar 3 il öncə başlayan “Xoş gəldin körpə” ana və uşaq sağlamlığına dəstək vermək məqsədilə başlatdığımız bir layihədir. Daha sonra Səhiyyə Nazirliyi çərçivəsində bu işləri davam etdirdik. Bu zamana qədər altı yüzə qədər həkim, tibb bacısı və ya mama olaraq çalışanlara körpə doğulanda 2-3 dəqiqə ərzində tətbiq olunan, həyat qurtaran texnikalar öyrədildi. Bu sayədə neçə körpənin həyatını xilas etmək mümkün olub. Bu proyekt bir körpənin belə həyatını xilas edirsə, bizim üçün olduqca önəmlidir. Yaxşı ki, bu işlə məşğuluq. Çünki, bilirik ki, dua edənlərimiz çoxdur. Dərnəyin təşkil etditi kursdan sonra klinikanın 2 həkimi də könüllü olaraq, bizə kömək edəcəklər. Kursu keçənlərə tövsiyəm odur ki, öyrəndiklərini daha çox insanlarla paylaşsınlar. Bu şəkildə daha çox körpələrin həyatını xilas etmək mümkün olacaq. Bundan sonra daha çox könüllü insanların cəlb olunması üçün çalışmaq lazımdır.” M.H.Polat həm klinikanın rəhbərliyinə, həm də həkimlərə kursu maraqla qarşıladıqlarına görə minnətdarlığını bildirdi.

Dərnəyin başçısı professor Dinçer Yıldıztaş bildirdi ki, “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” kursu demək olar ki, Türkiyənin hər bir bölgəsində keçirilir. “Azərbaycandan bizə belə bir təklif gələndə çox sevindik. Çünki, ilk dəfədir ki, Türkiyə xaricində bir yerə kurs tətbiq etməyə gəlirik. Bizim missiyamız uşaq ölümlərini azaltmaqdan və uşaqlara ilkin tibbi yardımı öyrətməkdən ibrətdir . Qardaş ölkədə belə bir proyekti təşkil etmək bizim üçün qürurvericidir. 4 gün boyunca keçirilən kurslarda uşaqları ölümdən döndərməklə bağlı təcrübələrimizi həkimlərlə bölüşdük. Kurs sonunda 60 nəfər sertifikat almağa haqq qazandı. Bizim hədəfimiz odur ki, bu kursları daha da artıraq və insanları daha çox bilgiləndirək.”

Baş həkim Asiman Həsənov kurs iştirakcilarına uqurlar diləyərək, onlar tərəfindən də hər hansı bir təklif və tövsiyyələr olarsa, dinləməyə hazır olduqlarını bildirdi. Sonda kursda iştirak edənlərə sertifikat təqdim olundu və xatirə fotosu çəkildi.

Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Baş həkim Asiman Həsənov: “Amacımız uşaq ölümlərinin qarşısını almaq, gələcəyimiz olan körpələrimizin sağlam həyatını təmin etməkdir”
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır