Şəkidə məhkəmə hakimi vəzifə səlahiyyətini aşır
Gundem / Bolge
Oxunub: 2 224
17 apr 2016 | 13:05
Şəkidə məhkəmə hakimi vəzifə səlahiyyətini aşır










Hələ bir müddət bundan əvvəl, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə “sən prosesə gecikmisən” adı altında saxlanılan, Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Nağıyev Mübariz Nuru oğlu, hal-hazırda Gəncə İstintaq Təcridxanasında saxlanılır və onunla bağlı məhkəmə prosesi, bu gün də davam etməkdədir. Onu da qeyd edək ki, Mübariz Nağıyev media təmsilçisi olduğundan, onunla bağlı keçirilən məhkəmə prosesi, əksər KİV nümayəndələrinin diqqət mərkəzində saxlanmaqdadır. Maraq kəsb edən hal odur ki, keçirilən hər prosesdə baş verən hadisələr və prosesə sədrlik edənlərin baş verən hadisələrə fərqli yanaşmaları, məhz yeni-yeni stiuasiyaların da ortaya çıxmasına səbəb olur.

Məsələn, 15 aprel 2016-cı il tarixdə keçirilən məhkəmə prosesi əvvəlki proseslərdən məhz ona görə fərqlənir ki, həmin gün prosesə sədrlik edən hakimin, məhkəmə zalında əyləşən Regionxeber.tv internet televiziyasının rəhbəri cənab İbrahim Hümbətova qarşı qərəzli yanaşması, tam əksəriyyəti şoka salır. Əvvəla onu qeyd edək ki, həmin gün keçirilməsi nəzərdə tutulan prosesə Vidadi adlı şəxs şahid qismində dəvət olunmasına baxmayaraq, o, prosesə gəlmir və belə bir səbəb üzündən də, məhkəmənin növbəti dəfə təxirə salındığı elan olunur. Həmin vaxt məhkəmə zalında əyləşən və heç bir qanunsuz addım atmayan, prosesə maneə olmayan, səs-küy belə salmayan, bir sözlə heç bir maneçiliyi olmayan Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətov məhkəmə heyyətindən xahiş edir ki, “Bakı şəhərindən Şəkiyə məsafə uzaq olduğundan, məhkəmə prosesinə gəlib-getmək olmur. Mübariz Nağıyevlə bağlı məsələlər haqda az-çox xəbərdaram və ona görə də bilirəm ki, həmin məsələlərdə Vidadi adlı şəxsin heç bir rolu olmayıb. Yəni, mənim fikrimi Mübariz Nağıyevlə bərabər, yəqin ki, ittiham olunan Aysel Şirinova da təsdiq edə bilər” dedikdə, çox keçmir ki, hakim qərəzli yanaşmasını ortaya qoyur. Yəni, o, polis əməkdaşlarına “tez İbrahim Hümbətovu zaldan bayıra çıxarın” deyə tapşırığını verdikdə, polis əməkdaşları zalda əyləşən hər kəsin gözü qarşısında İbrahim Hümbətovu bayıra çıxarır. Belə bir addımın atılması olduqca ciddi qanun pozuntusu olur ki, bu da heç cür yolverilməz haldır. Çünki, sual oluna bilər ki, açıq keçirilən məhkəmə prosesində İbrahim Hümbətov hansı qanunsuzluğa qol qoyur ki, hakim onun zaldan çıxarılması barədə göstəriş verir. Əslinə baxsan hakimin belə bir göstəriş verməsi, birbaşa onun vəzifə səlahiyyətini aşması deməkdir.

Digər tərəfdən, keçirilən məhkəmə prosesində hakim Rəşid müəllimin dövlət ittihamçısına bildirməsi ki, “bu İbrahim müəllim görürsən nələr edir, açıqlamalar yazır, şanlı məktublarını ünvanlayır, hələ araşdırılıb cavab verilməsini də tələb edir. Ona görə də gəl sən vəsatət qaldır, işin yenidən araşdırılmasına nail olaq və İbrahim müəllimi də problemlər cəlb edək” deməsi, heç bir məntiqə sığmayan, hakim adı ilə uzlaşmayan açıqlama olur. Çünki, yuxarıda qeyd etdiyimiz kimi İbrahim Hümbətovun baş verən problemlərlə heç bir bağlılığ olmayıb, bu belə olduğu halda kifayət qədər iş təcrübəsi olan hakimdən səslənən açıqlamalar, hələ də tam əksəriyyəti şoka salmaqdadır.

Araşdırmamız davam edəcək.


Azerinfo.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI