Biləsuvar ƏSMM-də FIRILDAQLIĞ
Gundem / Bolge
Oxunub: 1 627
14 apr 2016 | 13:00
Biləsuvar ƏSMM-də FIRILDAQLIĞ











Nazim Məmmədovun mərkəzin rəhbərliyinə gətirilməsi qurumun işində heç bir müsbət dəyişikliyə səbəb olmayıb

Məlum olduğu kimi bir müddət əvvəl Biləsuvar rayonunda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin keçmiş direktoru Xalid Rüstəmov öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən tutduğu vəzifədən azad olunmuş, onun yerinə isə, Nazim Məmmədov təyin edilmişdir. Qeyd edək ki, Nazim Məmmədov ötən il ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun qardaşıdır. Təbii ki, ölkədə gedən islahatların, rüşvət və korrupsiya hallarının aradan qaldırılması istiqamətində atılan qəti addımların fonunda, Biləsuvar sakinləri də ƏSMM rəhbərliyinin dəyişdirilməsinə böyük ümidlər bəsləmişdilər. Lakin, hətta aradan keçən bu qısa müddət belə, gözləntilərin özünü doğrultmayacağı qənaətinə gəlmək üçün bütün əsasları vermiş oldu. Bu gün yerli mənbələrdən redaksiyamıza təqdim olunan açıqlamalarda bildirilir ki, Biləsuvar ƏSMM-nin direktorunun əvəzlənməsi qurumun işində heç bir müsbət dəyişikliyə səbəb olmayıb. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, ƏSMM-nin yeni rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün də rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı durum yaşamaqdadırlar. İddialara görə, plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi eynilə mərkəzin keçmiş rəhbərliyi dövründə olduğu kimi, bu gün də Nazim Məmmədov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Biləsuvar ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə, o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Hətta məlumatlarda bu da bildirilir ki, Nazim Məmmədov direktor vəzifəsinə təyinat alandan dərhal sonra rəhbərlik etdiyi mərkəzdə rüşvət bazarını daha da genişləndirməyə başlayıb. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Əlbəttə, bütün bu məlumatlar ciddi araşdırmaların aparılmasını tələb edir. Lakin redaksiyamıza təqdim olunan açıqlamalarda belə bir məqam da vurğulanır ki, Nazim Məmmdovun özbaşınalıqlardan doğan narazılıqlar artıq rayon rəhbərliyinin də diqqətini cəlb edib. Mənbələrin iddialarına görə, ƏSMM-nin direktoru hətta bir neçə dəfə Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən iclaslardan başçı Mahir Quliyev tərəfindən qovulub da.
Çox maraqlıdır ki, əksər rayon ƏSMM rəhbərlərnin analoji cinayət əməllərinə görə artıq məsuliyyətə cəlb olunduqları bir vaxtda bəziləri hələ də vəzifə kreslosunda rahatca əyləşərək öz mənfur əməllərinə davam etməkdə və hətta başqa-başqa vətəndaşları təhdid etməkdədirlər. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar ƏSMM-nin fəaliyyəti ciddi şəkildə araşdırılacaq və bütün bu məsələlərə tam aydınlıq gətiriləcək. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca bu sahədə həyata keçirilən islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı