Yevlaxda Şəhliyar Paşazadədən “aşiqanə addım”
Gundem / Bolge
Oxunub: 1 451
12 apr 2016 | 14:35
Yevlaxda Şəhliyar Paşazadədən “aşiqanə addım”











Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, qeyri-konstusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında hər zaman önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyyəti, bütün bu kimi proseslərdə Azərbaycan xalqının, hər bir vətəndaşının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri


Bir müddət bundan əvvəl, Yevlax şəhər Mühafizə Polisinin əməkdaşı Paşazadə Şəhliyar Azad oğlunun qol qoyduğu əməllərlə bağlı informasiya mərkəzimizə daxil olan gizli çəklişə və onun danışıqlarına diqqət yetirdikdə “həm vəlvələyə, həm də zəlzələyə düşmüşdük”. Buna səbəb o olmuşdu ki, o, daxili işlər orqanlarında çalışmasına məhəl belə qoymadan, əslən Yevlax şəhər sakini Aysel Şirinova adlı ingilis dili müəlliməsi ilə cinsi əlaqədə olmaq üçün, onu şəhərin Tanırqullar kəndinin girişində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus olduğu bildirilən kafeyə dəvət edir. Həmin kafe adıçəkilən şəxsə məxsus olsa da, əslində ora yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün, hər cür şərait yaradılmış bir ünvandır. Faciəli hal odur ki, fəaliyyəti hər cür qanunsuzluğa, birbaşa cinayət əməllərinə söykənən həmin ünvan fəaliyyətini, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında davam etdirsə də, bir kimsə həmin ünvanla bağlı əməli addımını atmır, hər hansı tədbirini görmür.
Onu da qeyd edək ki, təqdim olunan gizli çəklişə və onun danışıqlarına diqqət yetirdikdə o da bəlli olur ki, Şəhliyar Paşazadə ilk öncə Aysel Şirinova ilə səmimi davranır və məqsədi yalnız onunla bir süfrə arxasında oturub şam yeməyi yemək olduğunu bildirir. Elə ki bir qədər vaxt keçir, Aysel xanıma “bir könüldən min könülə aşiq olan” Şəhliyar Paşazadə niyyətini “çin etmək” üçün, hərəkətə də keçir. Bu zaman xanım müəllimə ümumi ab-havanın nə ilə nəticələnəcəyini əvvəlcədən görür və çox keçmədən kafeni tərk etməyə də məcbur olur.
Şəhliyar Paşazadənin qol qoyduğu əməllərindən bir neçə gündən sonra, Yevlax şəhər Mühafizə Polisinin əməkdaşı Şəhliyar Paşazadənin hərəkətlərini, danışıqlarını Azerinfo.az saytına göndərən Aysel Şirinova bildirir ki, “bu cür əməl sahibi olan polis əməkdaşları ifşa olunmalıdırlar ki, daxili işlər orqanlarında belə əqidə sahibi olanlar çalışmasınlar, qoy onların qol qoyduqları əməllərə hüquqi qiymət də verilsin” deyir. Diqqəti o hal cəlb edir ki, təqdim olunan çəkliş və gizli səs yazısı barədə materialların Azerinfo.az saytına göndərilməsi barədə xəbərdar olan Şəhliyar Paşazadənin atası Azad Paşazadə, çox keçmir ki, götür-qoy edir və əməli addımlarını da atmağa başlayır. Belə ki, o, problemin həli üçün Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovla Gəncə şəhərində görüşür və hətta ondan problemin həlli üçün köməklik də istəyir. Düzdür, onlar arasında qeyd olunan problemlə bağlı danışıqlar aparılır, son anda İbrahim Hümbətov bildirir ki, “yaxşı olar ki, gedin Aysel Şirinova ilə problemi özünüz həll edin” deyir. Maraqlı hal o olur ki, Yevlax şəhərinə geri qayıtdıqdan sonra, Azad Paşazadə Aysel Şirinova ilə əlaqə saxlayır və problemin həlli məqsədilə, ona 1500 manat pul vermək istədiklərini də bildirir. Təkrar ona zəng etdikdə isə, Aysel Şirinova bir daha onlara məxsus telefonlara cavab vermir. Belə olan halda Azad Paşazadə, əslən Yevlax şəhər sakini və İbrahim Hümbətovla səmimi münasibətdə olan Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri vəzifəsini daşıyan Mübariz Nağıyevlə görüşüb ondan təkid edirlər ki, “Aysel Şirinova bizim telefonu götürmür, sən zəng et də, onun fikrini öyrən” deyirlər. Bir neçə gün bundan öncə Şəki Ağır Cinayətlər Məhkəməsinə şahid qismində dəvət olunan və qərəzli açıqlama söyləyən Şəhliyar Paşazadə dəqiq bilir ki, Mübariz Nağıyev onun atasının təkidi ilə Aysel Şirinovaya zəng edib və həmin vaxt da, xanım müəllimə 2500 manat pul istədiyini Mübariz Nağıyevə, ona edilən telefon zəngi zamanı bildirib. Bu belə olduğu halda, görəsənMübariz Nağıyevin həbs olunmasında və digər problemlərdə günahı nədir?
Əgər bir polis əməkdaşı daşıdığı vəzifəsinə, polis adına bu cür xələl gətirirsə, polisə olan inamı heçə endirirsə, qanun-qaydanı tapdaqlar altına atırsa, ilk növbədə onun özü cəzalandırılmalı və daxili işlər orqanlarından da qovulmalıdır. Çünki, ümumi çəklişə və Şəhliyar Paşazadənin danışıqlarına diqqət yetirdikdə o da bəlli olur ki, onun atdığı addımlar Azərbaycan polisinin adına həm xələl gətirir, həm də aşağılanmasına səbəb olur. Axı, bu heç cür yolverilməz addımdır! Əslinə baxsan, daxili işlər orqanlarında çalışan hər kəs polis adını daim uca tutmalı, cəmiyyətin digər üzvlərinə nümunə olmalı olduğu halda, Şəhliyar Paşazadənin əməllərinə necə haqq qazandırmaq olar? Yəqin ki, onun əməllərinə hüquqi qiyməti tabe olduğu qurumun rəhbərliyində duran şəxslər verəcəklər.
Problemin varlığını diqqətdə saxlayacağıq.
Azerinfo.az


Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI