İlqar Abbasovun qoçusu yoxsa işçisi – “Racon” kəsən Röyal kimdir?
Gundem
Oxunub: 1 073
27 mar 2016 | 13:14
İlqar Abbasovun qoçusu yoxsa işçisi – “Racon” kəsən Röyal kimdir?

Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi 5-ci döngədə yaşayan Ağayev Seyfəddin Ağabala oğlu redaksiyamıza müraciət edərək rastlaşdığı haqsızlıq barədə danışıb. Onun sözlərinə görə, bir neçə gündür ki, Suraxanı rayon İcra Hakimiyyətinin saxladığı qoçu dəstəsinin üzvlərindən biri onun ailəsini təhdid edir:
“Mən kasıb adamam. Fəhləliklə ailəmi dolandırıram. Ailə şəraitimiz heç də ürəkaçan deyil. Hazırda mənə məxsus olan və tam ərsəyə gəlməyən evdə 3 ailə məskunlaşıb. Şəraitimiz çox darısqal olduğu üçün, həyətimdə bir yarımtikili inşa etmək qərarına gəldim. Sizə təqdim etdiyim fotolordan da görürsünüz ki, mən ev tikmirəm. Çünki evin qapısı və pəncərəsi olar. Bu yarımtikili mənə artıq əşyalarımızı yığmaq baxımından çox zəruri lazımdır.
İnsafən deyim ki, tikintini apardığım vaxt heç kim mənə mane olmadı. Tikinti başa çatan kimi idman forması geyimində olan bir nəfər cavan oğlan həyətimə soxularaq məndən tikintini dayandırmağı, ya da onu “görməli” olduğumu bildirdi. Mən həmin adamı tanımadım. Özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim etdi. Gördüm ki, bu adamda dövlət qulluqçuluğuna xas olan hansısa əlamət yoxdur. Bizimlə əsl kriminal avtoritet kimi danışırdı.
Maraqlandım, dedilər ki, qonşuluğumuzda yaşayır. Mənə məlum oldu ki, həmin 25 yaşlı adamın adı – Musayev Röyal Ehtiram oğludur. Əslən Şərur rayonunun Alışar kəndindən olan bu adam bizimlə qonşu kəndçidir.

İkinci dəfə həmin şəxs ətrafında gətirdiyi bir neçə adamla yenidən həyətimə icazəsiz soxularaq bizi təhqir etməyə başladı. Mən onu nəzakətə dəvət etdimsə də, xeyiri olmadı. Ali təhsilli oğlum da evdən çıxıb ondan özünü nəzakətli aparmağı xahiş etsə də, yenə özünə yığışmadı. Həmin adam təzədən bizi hədələyib getdi və Novruz bayramından sonra başımıza oyun açacağını bildirdi. Mənə bəlli oldu ki, sən demə Röyal bizdən tikintiyə görə pul tələb edir.
Bütün ətrafda yaşayan sakinlərlə təsdiq etdilər ki, o, belə işlə məşğul olur. Yəni daşın üstünə daş qoyan mütləq onu görməlidir. Mən iki dəfə Suraxanı rayon İcra Hakimiyyətinə getsəm də, həmin adamı orda tapa bilmədim. Ancaq o, özünü icra hakimiyyətinin işçisi kimi təqdim edirdi. O, bizdən əl çəkməyərək bir neçə dəfə oğlumu teleon vasitəsilə “razborkaya” çağırıb. Onunla oğlum arasında olan telefon yazısını da sizə təqdim edirəm. Qulaq asın və görün, həmin adam oğlumla hansı tonda danışır? Deyir ki, hara şikayət etsək də xeyri olmayacaq. Onun hər yerdə adamı var. Səs yazısından da görünür ki, o, özünü Suraxanı rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edir. Mən başa düşə bilmirəm, bu adam rəsmi işçidirsə niyə oğlumu və ya məni rəsmi dövlət qurumuna deyil, “Xalqlar Dostluğu” bazarının yanına dəvət edir?”

Ağayev Seyfəddin hələlik bu məsələni yerli icra hakimiyyəti ilə araşdırmaq istədiyini dedi:
“Mən bilirəm ki, həmin adamın əməllərində sırf cinayət tərkibi var. Əlimdə bunu sübut edən dəlillər və səs yazısı var. Ancaq hələlik bir faktı aydınlaşdırmaq istəyirəm. Bizim ailəni dövlət qurumunun adı ilə təhdid altında saxlayan məmurdur, yoxsa icra hakimiyyətinin funksiyasını mənimsəmiş qoçu? Buna aydınlıq gətirəndən sonra, əlaqədar qurumlara şikayət edəcəm. Sizin sayt vasitəsilə mən Suraxanı İcra Hakimiyyətinə müraciət edirəm. Necə olur ki, mənim ətrafımda üç mərtəbəli villalar ucaldılır və onlara heç kim bir söz demir, ancaq mən tikdiyim bir daxmaya görə, mən və ailəm basqına məruz qalır?”

Reportyorumuz şikayətçinin dediyi ərazidə olub. Ordan çəkilən fotolardan da görünür ki, Ağayev Seyfəddinin inşa etmək istədiyi tikili köməkçi binaya oxşayır və o, bunu öz hasarının içində edir. Şikayətçi tərəfindən bizə həmçinin Musayev Röyal tərəfindən onların necə təhdid olunmasına dair mötəbər sübutlar da təqdim edilib.
Təəssüflər olsun ki, mövzu ilə bağlı icra hakimiyyətinə ünvanladığımız sorğu cavabsız qalıb. Yəqin ki, Suraxanı rayon İcra Hakimiyyəti Musayev Röyalın onların işçisi olub-olmamsı ilə bağlı məsələyə aydınlıq gətirmiş olacaq.
Qeyd edək ki, məhz sözügedən ərazidə icra hakimiyyətinin qoçusu kimi ad çıxarmış Musayev Röyal özünə üçmərtəbəli ev tikib. Həmin evin də şəkilini təqdim edirik. Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacayıq…
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI