Cəhbəyə yardım aparan Gəncə sakini dəfn olunub (Yenilənib)
Ötən gün cəhbəyə yardım aparan Gəncə sakinlərindən biri ölüb, digəri isə yaralanıb. Həlak olan şəxs Gəncə şəhər Memarlıq İdarəsinin müfəttişi vəzifəsində çalışıb.

Dünən axşam saatlarında Tərtər rayonuna öz şəxsi avtomobilləri ilə yardım aparan Gəncə sakinləri, ermənilərin atdığı ağır artilleriyaya tuş gəlib. Şəhərin Sadıllı yaşayış massivində Hüseynbəy Ağayev küçəsində yaşayan 26 yaşlı Fərman Əsədli və onun qaynı Sadiq Əliyev ermənilərin cəbhədə fəallaşdığını və mülki vətəndaşların gülləbaran olduğunu eşidib. Onlar dərhal səhər saat 10 radələrində özləri ilə ərzaq, eləcə də su götürərək hadisə yerinə yollanıblar.
Elçin Əsədli- mərhumun atası: “Yeznə-qayın bu hadisəni eşidən kimi məlumat vermədən gediblər. Mən özüm də üç rayonda hərbi komissar işləmişəm. O, ailədən götürdüyü tərbiyə, təlim və qanında axan azərbaycanlı qanını bildirmək üçün gedib. Onun qüruru mənə qürur gətirdi. Təbii ki, bu, belə də olmalı idi. Vətənin mövcud vəziyyətində bu addımı atmalı idi. Yaxşı bir söz var: “Vətən sağ olsun!” Millətimizə səbr diləyirəm ki, axırı aydınlıq olsun. Ali baş komandanımızın hər hansı göstərişindən asılı olaraq, müsəlləh əsgərik. Mən özüm polkovnikəm və bugünkü gündə hazıram, qulluğumda, xidmətimdə davam edəm. Qələbə, qələbə, qələbə!”
Verilən məlumata görə, Fərman və Sadiq qızğın döyüşlərin getdiyi ərazilərin yaxınlığında - saat 16 radələrində ermənilərin atdığı mərminin avtomobilin yaxınlığında partlaması nəticəsində yaralanıblar. Hər iki yaralı özləri Tərtər rayon Mərkəzi Xəstəxanasına gəlsə də, Fərman Əsədli xəstəxanada dünyasını dəyişib.
İlham Qasımov- mərhumun iş yoldaşı, dostu: “Axşam saat 8 idi, zəng gəldi. Dedi ki, nəyisən, dedim ki, dostuyam, ailəvi gediş-gəlişimiz var, nə isə problem varsa de. Dedi ki, Sadiq yaralıdır. Saat 10-na işləmiş Tərtərə çatdıq, biz çatanda Fərman rəhmətə getmişdi”.
Sadir Ağakiyev- mərhumun iş yoldaşı, dostu: “Mənimlə yeznəsi danışmışdı, demişdi ki, ayağından yaralanıb, gəlmək lazımdır. Axşam saat 10-da zəng etdim, getdik ora, dedikilər ki, reanimasiyadadır. Baxdım ki, vəfat edib. Çox mərd, vətənpərvər oğlan idi. Dəfələrlə deyirdi ki, müharibə başlasa çəkinmədən, qorxmadan müharibəyə getmək lazımdır, müharibədə də qələbə çalmaq lazımdır. Allah rəhmət eləsin!”
Fərman Əsədli Samux rayonunun Sərkar kənd qəbiristanlığında, yaxınlarının yanında dəfn olunub. Ailəli olan Fərmanın 2 yaşlı bir qızı var.
Yaxınları yaralanan Sadiq Əliyevin isə vəziyyətinin ağır olduğunu bildirirlər.
kepeztv.az

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI