Binəqədi prokuroru vətəndaşın hüquqlarını pozur - ŞİKAYƏT
Gundem / Sosial
Oxunub: 1 929
1 apr 2016 | 02:49
Binəqədi prokuroru vətəndaşın hüquqlarını pozur - ŞİKAYƏT











Hüquqları pozulan rayon sakini Prezidentə və Baş prokurora müraciət etdi

Binəqədi rayon sakini Meybullayev Mirbala Hüseyin oğlu “Hürriyyət”in redaksiyasına müraciət edərək haqsızlıqla üzləşdiyini, rayon ərazisində olan torpaq və evinin qanunsuz zəbt edildiyini və aidiyyatı qurumlara müraciətlərinin cavabsız qaldığını deyir.
Vətəndaşın müraciətində qeyd olunur ki, o, 1992 ci ildə Binəqədi rayonunun Mikayıl Ələkbərov küçəsində 20 sot torpaq sahəsi alıb. Bir neçə ildən sonra həmin torpaq sahəsində yaşayış məqsədilə ev tikərək, ailəsini ora köçürmək istəyib. Lakin 2013-cü il aprel ayında vətəndaş Meybullayev Mirbalanın evinə köçmək arzusu gerçəkləşməyib. Buna səbəb 8 ay evində saxladığı şəxsin - Əsgərov Ələsgər Hüseyn oğlunun qanunsuz hərəkətləri olub.
Şikayətçi bildirir ki, Əsgərov Ələsgər Hüseyn oğlu onun evinə kirayənişin adı ilə girib. Səkkiz ay kirayədə qalandan sonra Ələsgər Əsgərov ailəsini də həmin ünvana gətirib.
Evin və torpağın sahibi Meybullayev Mirbala Hüseyin oğlu isə qanuni mülkünə sahib olmaq üçün dəfələrlə evi tərk etməyi Ələsgərdən xahiş edir. Lakin Ələsgər və ailəsi onun torpağına və evinə sahib çıxmaq üçün şantaj və böhtana əl atırlar. Belə ki, onlar Binəqədi payon polisinə müraciət edərək bildirirlər ki, Meybalayev Mirbala onların zəbt etdiyi evə hücum edərək, onları təhqir etmiş və döymüşdür. Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin Punhan adlı müstəntiqinin araşdırması nəticəsində məlum olur ki, Əsgərov Ələsgər Mirbala tərəfindən döyülməyib və təhqir olunmayıb.
Polisdə izahat verən Mirbala Meybullayev istintaqa müraciət edərək Əsgərov Ələsgərin qanunzuz olaraq zəbt etdiyi torpaq və evindən çıxarılmasını istəyir. Lakin işin araşdırılması getdiyi zaman məlum olur ki, vətəndaş Əsgərov Ələsgər digər vətəndaşları aldadaraq M.Meybullayevə məxsus torpağın 6 sotunu heç bir sənəd olmadan onlara satıb. Dələduzluq yolu ilə vətəndaşları aldadan Ə.Əsgərov satdığı torpağın hər sotuna görə onlardan 8 min manat pul alıb.
Sonradan vətəndaşlar aldandıqlarını bilib, bu barədə aidiyyatı üzrə Binəqədi rayon polisinə müraciət etsələr də, nəticə hasil olmur. Aparılan istintaq işi çox keçmədən Pünhandan alınaraq Mehman adlı müstəntiqə həvalə olunur. Meybalıyev Mirbalanın və digər vətəndaşların tez-tez pozulmuş hüquqlarının bərpa olunmasını tələb etmələri istintaqçı Mehmanın qəribə cavabı ilə sonuclanır. Müstəntiq “Mən sizə kömək etmək istəyirəm. Burda dələduzluq var və qanun tələb edir ki, o məhkəmə qarşısına çıxarılıb cəzalandırılsın. Amma Binəqədi rayon prokuroru bizə imkan vermir və tələb edir ki, işi bağlayaq” – deyə bildirir. Bundan sonra Binəqədi rayon prokurorunun qəbuluna düşməyə çalışan Meybulıyev, prokuror tərəfindən qəbul olunmur.
Binəqədi rayon prokurorunun vətəndaşı qəbul günlərində belə qəbul etməməsi diqqətimizi çəkdi. Məsələ ilə bağlı Binəqədi rayon prokurorluğu ilə əlaqə yaratmağa çalışsaq da, bizə cavab verənlər heç bir açıqlama verməyəcəklərini bildirdilər.
Apardığımız araşdırmalar isə vətəndaşın Binəqədi rayon prokuroru Nazim İmanov tərəfindən qəbul edilməməsinin səbəbinə aydınlıq gətirdi.
Ilk öncə onu qeyd edək ki, baş verənlərlə bağlı Əsgərov Ələsgərin münasibətini öyrənərkən də eyni adla rastlaşdıq. Əsgərov bizə “Nazim müəllim qohumumdur. Ona görə başınız ağrıyacaq” - deməklə, bizi də prokurorun adı ilə hədələdi.
İlk görünən həqiqət o idi ki, rayon prokuroru öz qohumunu qanunsuz da olsa müdafiə etmək məcburiyyətində qalıb. Lakin Ələsgər Əsgərovu tanıyanlarla söhbətimiz zamanı aydın oldu ki, prokuror Vasif İmanov özü qohumuna evi tərk etməməyi məsləhət bilib. Vasif İmanovun rayon polisini və məhkəməsini susduracağını Əsgərova söz verməsi ikincinin qanunsuz olaraq başqasının evindən çıxmamasına və özünə aid olmayan torpağı qanunsuz olaraq satmaqla dələduzluq etməsinə şərait yaratmışdır.
Mirbala Meybullayevin bu qaydada çarəsiz buraxılması prokurorun ən başlıca planına daxil olub. Vasif İmanovun istəyi ondan ibarət olub ki, M.Meybullayev dövlət qurumlarından düzgün cavab almayanda əsəblərinə sahib çıxmasın və özünə aid torpağına zorla girməyə cəhd etsin və ya evini zəbt edən Əsgərov Ələsgərə zor tətbiq etsin. Nəticədə, Binəqədi rayon prokuroru olaraq işə qanunun aliliyini əlavə etsin və Mirbalanın hərəkətlərini xuliqanlıq adı ilə rəsmiləşdirsin.
Redaksiyamıza müraciət edən vətəndaş Meybullayev də istintaqçıların dəfələrlə ona bu barədə xəbərdarlıq etdikləri və bu cür yolla evi boşaltmaqdan uzaq durmaları haqda məsləhətləri dediklərimizə subutdur.
Hazırda özü və ailəsi ilə köhnə evdə yaşayan M.Meybullayev qanunların prokuror Vasif İmranov tərəfindən ayaq altına alınaraq pozulmasının qurbanına çevrilməkdədir. Respublika Baş prokurorluğunun, Binəqədi rayonunda Cinayət Proserssual Məcəlləsinin maddələrini tətbiq etməyə, ölkənin digər qanunlarına hörmətlə yanaşıb onların icrasına nəzarət etməyə borclu olan nümayəndəsi Vasif İmranovun bu cür əməllərinə biganə qalmayacağına inanırıq.
Vətəndaş Meybullayev Mirbala redaksiyamıza müraciətində ölkə başçısından və baş prokurordan pozulmuş hüquqlarının bərpa olunmasına tapşırıq vermələrini xahiş edir: “Mən hörmətli ölkə başçısından və cənab baş prokurordan hüquqlarımın bu şəkildə pozulmasının qarşısının alınmasına tapşırıq vermələrini xahiş edirəm”. Vətəndaş müraciətində prokuror tərəfindən hüquqlarının bu şəkildə pozulmasının mediada işıqlandırıldıqdan sonra daha ciddi hədələrlə üzləşə biləcəyini və susdurulması üçün Vasif İmanov tərəfindən qanunsuz olaraq təzyiqlərlə üzləşə biləcəyini qeyd edərək, redaksiyamız vasitəsilə aidiyyatı qurumlardan təhlükəsizliyinin təmin edilməsinin xahiş edir.
Binəqədi rayon prokuroru Vasif İmanovun və rayon prokurorluğunun məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

İkram Rafiqoğlu
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır