Balıq vətəgələri, ac qalan əhali və məmur istilasına məruz qalmış Ağdaş- VİDEO
Ağdaşda vəzifədə olub, balıq vətəgəsi olmayana pis baxırlar
Ağdaşda icra hakimiyyətinin başçısı və icra hakimiyyətində yüksək vəzifə tutanlar rayon ərazisini balıq vətəgəsinə döndəriblər. Bunun üçün onlarla hektar torpaq sahəsi zəbt edilərək gölməçələrə çevrilib.
Ağdaş rayonunda məmurlara aid olan balıq vətəgələri barədə məlumatlar daxil olub. Faktı dəqiqləşdirmək üçün apardığımız qısa araşdırmadan sonra isə bu rayonda baş verən məmur özbaşınalığının, vəzifədən sui-istifadə edərək əhalinin necə əzildiyinin şahidi olduq.
Əldə etdiyimiz məlumata görə, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov özünün birinci müavini, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla şərik 55-60 hektar Cücük, Qaradağlı, Malay kəndlərinin otlaq yerlərini zəbt edərək oranı qazdırıb və bütün ərazini süni balıq vətəgəsinə döndərib. Bununla birgə icra başçısı özünün şərik-müavini ilə ortaq Cücük kəndindinin ehtiyat su ambarını da şəxsi balıq vətəgəsi kimi istifadə edir.
Bundan başqa Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayon icra nümayəndəsi Azər Paşayevlə ortaqlaşaraq Bulaqotağı və Qəsr kəndlərinin Türyançay ərazisinə düşən 40-50 hektarlıq otlaq yerlərini də zəbt edərk balıq vətəgəsi yaradıblar. Bulaqotağı kəndinin keçmiş bələdiyyə sədrinə isə camaatı sakitləşdirmək üçün kiçik bir göl (vətəgə) hədiyyə edilib. Hazırda Bulaqotağı kəndinin ərazsisindəki meşə zolağı kəsilərək növbəti vətəgələr üçün hazırlanır.
Ağdaş rayon Dövlət Yol Polis İdarəsinin rəisi Namiq Qəmbərov rayon mərkəzi və Pirkeçə kəndi arasındakı 2 hektara yaxın ərazidə balıq gölü və istirahət məkanı tikdirir.
Rayonu balıq vətəgəsinə döndərən icra başçısı və ona yaxın olan məmurlar vətəgədən çıxan balıqların satılması üçün bazarı da monopoliyaya alıb. Tofiq İbrahimov Ağdaş bazarının müdirinə göstəriş verib ki, ona məxsus olmayan vətəgələrin balıqları bazarda satıla bilməz. Bazarda ancaq icra başçısının gölməçələrində yetişdirilmiş balıqlar satılır. Bazar rəhbərliyi isə ticarətçilərə balıqçılardan və kənar vətəgələrdən gətirilən balığı satmağa qadağa qoyub.
Rayonun yüksək vəzifəli məmurlarının əməlləri bununla bitmir. Rayon icra nümayəndəsi Azər Paşayev Yuxarı Qəsr kəndində camaata məxsus olan pay torpaqlarını onların əllərindən alaraq burada özü üçün xurma bağları salıb. Bundan başqa Ağdaş rayonunun ərazisindən keçən Türyançay çayının sağ sahilində Azər Paşayevin bir dənə də balıq vətəgəsi var.
Tofiq İbrahimovun torpaq fırıldağı bunlarla bitmir. Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, bu yaxınlarda Ağdaş şəhərinin ərazisinin böyüdülməsi üçün Qəsr kəndindən 40 hektara yaxın torpaq sahəsi kəsilib və şəhər icra nümayəndəliyinin balansına verilib. İcra başçısı burada da öz maraqlarını unutmayıb. Qəsr kəndindən kəsilib icra hakimiyyətinə verilən torpaq sahəsində (icra hakimiyyətinin inzibati binasının arxa hissəsində yerləşir) meyvə bağları salınıb. Bağ isə birbaşa icra başçısı Tofiq İbrahimovun özünə məxsusdur.
Rayonun kəndlərində camaat icra başçısının bu əməllərindən çox narazıdır. Əhali yeganə dolanışıq mənbələri olan heyvanlarını otarmağa yer tapmır. Rayonun otlaq üçün nəzərdə tutulmuş bütün boş ərazisi başda icra başçısı olmaqla rayonun yüksək vəzifəli məmurları tərəfindən hektar-hektar zəbt olunur. Nəticədə heyvanını saxlaya bilməyən əhali onları kəsib satmağa və şəhərə üz tutmağa məcbur olur. Bunun ümumilikdə heyvandarlığa vurduğu ziyan isə milyonlarla ölçülür. Kənd camaatının dediyinə görə, rayon ərazisində salınan bu çoxsaylı vətəgələr həm də əkinçiliyə böyük ziyan vurur və torpağın məhsuldarlığını aşağı salır. Çarəsiz qalan əhali isə dərdini deməyə yer tapmır.Ölkə.Az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI