Yevlax rayon ƏSMM-də özbaşınalıq tüğyan edir

Yevlax rayon sosial müdafiə mərkəzində durum çox acınacaqlıdır
Zərifə Əzizova Səlim Müslümovun tapşırıqlarını qulaqardına vurur.
Bu gün ölkə əhalisinin güzəranının yaxşılaşması, yoxsulluğun azaldılması istiqamətində mühum işlər görülür. Sosial sahənin inkişafı, əhalinin aztəminatlı ailələrinə dövlət qayğısının artması atılan addımların bir hissəsidir. Lakin bu gün dövlət tərəfindən görülən tədbirlərdən öz xeyirlərinə istifadə edənlər də az deyil. Xüsusilə də Azərbaycanın bir sıra rayonlarındakı dövlət qurumları öz mənafelərini güddüklərinə görə əhalinin sosial durumunu pis hala salıblar. Belə rayonlardan biri də Yevlax rayondur.
Çünki günbəgün artan şikayətlər bunu deməyə əsas verir. Belə mərkəzlərdən biri də Yevlax rayon əhalinin sosial müdafiə mərkəzidir. Mərkəzi öz qanunları ilə idarə edən Zərifə Əzizova vəziyyəti dözülməz həddə çatdırıb. Əhaliyə xidmətin aşagı düşməsi, vətəndaşlardan gərəksiz sənədlərin tələb olunması, bürokratik mühitin yaradılması adi hala çevrilib. Daxil olan şikayətlərdə bildirilir ki, ünvanlı sosial yardım alan vətəndaşlardan kartların saxlanılması və bu yolla aztəminatlı vətəndaşlardan külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları baş vermişdir.
Zərifə Əzizovanın özünəməxsus qanunları o deməkdir ki, vətəndaş ilkin ödəniş etməlidir. Əgər buna imkanı yetmirsə "altı ayı" ona çatdırılmalıdır. Verilən digər məlumatlarda bildirilir ki, həttda imkanı olan vətəndaş minimum 500-1000 manat verdikdən sonra ünvanlı sosial yardım almaq imkanı əldə edir. "Təqdirəlayiq" işlər ancaq və ancaq Zərifə müəllimin etibar etdiyi adamlar həyata keçirir.
İşsiz sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilməyiblər. Görülən tədbirlər nəticəsində vətəndaşlara diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlıqdan kənar əməllərə yol verirlər.
Yevlax rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Bununla yanaşı, mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə, mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi nöqsanlar var. Hətta vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru heç kimi saymır, öz bildiyini edir. Əldə olunan məlumatlara görə, sosial yardımlar indi də köhnə qayda ilə verilir. Yevlax rayonunda kifayət qədər imkansız, kasıb ailələr var. Onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər. Daha sonra deyilənə görə, Zərifə Əzizovanın qəbuluna belə düşmək olmur. Düşənlər də kor-peşman geri qayıdırlar. Yardım ala bilməyən insanlar isə buna narazılıqlarını bildirəndə sədr onları hədələyir.
Çox təəssüflər ki, baş verən hadisələr onu göstərir ki, ölkəmizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə göz dikirlər. Ümid edirik ki, lazımi qurumlar Yevlax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşananlarla bağlı ölçü götürəcək.
P.S Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI