Polis rəisinin ağlasığmaz özbaşınalığı: Qızıl sikkələr və …
Polis Azərbaycan dövlətinin, xalqının keşiyində duran mübariz bir bir orqandır.
Heydər Əliyev
Son zamanlar Yaxın Şərq və Avropa ölkələrini bürüyən terror dalğası fonunda Azərbaycanda olan əmin-amanlıq dünyanın məşhur araşdırma mərkəzlərinin diqqətini cəlb edib. Olduqca həssas bir coğrafiyada yerləşən ölkəmizdəki yaradılan stabilliyin əsasında 1993-cü ildə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin zamanında zərgər dəqiqliyi ilə gördüyü işlərin dayandığı heç kimə sirr deyil. Ulu öndərin əsasını qoyduğu dövlətçilik prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və bunu hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss edir.
Lakin bəzi üzdəniraq vəzifə sahiblərinin yol verdikləri sui-istifadə halları Heydər Əliyevin qoyduğu dövlətçilik prinsiplərini kökündən baltalayır. Zaman-zaman belə vəzifə sahibləri cəzalandırılsa da, görünür bu bir çoxlarına dərs çıxarmağa kifayət deyil…
AzToday.az portalında işıqlandırılmış "Ramil Usubovun diqqətinə: Rəis tabeçiliyində olan polisin 45 min manatını belə mənimsədi” başlıqlı məqalə geniş oxucu kütləsinin marağına səbəb omuşdu. Vətəndaş Aliq Məmmədovun daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciət əsasında hazırlanan məqalədə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovun qanunsuz əməllərindən, oğlanları Royal və Xəyal Məmmədovların qərəzli şəkildə işdən çıxarılmasından bəhs etmişdi.
Aliq Məmmədov müraciətində göstərmişdi ki, oğlu Royal Məmmədov 2014-cu ilin dekabr ayının ayının 15-ndən 16-na keçən gecə azyaşlı qızı cinsi istismara məruz qoymuş cinayətkar dəstəni yaxalayıb polis orqanlarına təhvil verdikdən sonra rəis Nofəl Məhərrəmov 17 dekabr tarixində Royal Məmmədovdan ərizəsini alaraq 14 dekabr tarixinə işdən çıxarmışdır. Səbəb isə güya Royal Məmmədov sözügedən cinayətkar dəstəni yaxaladığı zaman polis olmadığını göstərməsidir.
Royal Məmmədovun ittiham olunduğu 182.3.2 maddəsi ilə gördüyü iş arasında heç bir uyğunluq ortaya çıxmadığı halda polis nəfərinə qarşı olan qərəzli yanaşma haradan qaynaqlanır (Əslində 5 ay müddətində heç bir istintaq işi aparılmayıb – red)? Nə üçün 182.3.2 maddəsi ilə başlanılmış cinayət işi Royal Məmmədovun 5 ay 22 gün təcridxanada saxlanılmasından sonra 322.2 (özbaşınalıq) maddəsinə çevrilərək 1 il 2 ay sonra məhkəməyə göndərilir? Vaxti ilə Nofəl Məhərrəmovla Royal Məmmədovun atasının mehriban münasibətləri olsa da Royal Məmmədov 5 ay 22 gün sonra azadlığa buraxılır… Polis rəisinin işçisinə qarşı düşmən kəsilməsinə görəsən səbəb nə olub?
Bir polis rəisi kimi Nofəl Məhərrəmovun burada ikibaşlı oyun oynaması açıq-aydın görsənməkdədir. Aprel ayının 5-də keçiriləcək məhkəmə iclasında da Nofəl Məhərrəmovun ikibaşlı oyunlarının üstünün açılması ehtimalı var. Hansı ki, Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi məhz Nofəl Məhərrəmovun qərəzli, şəxsi məqsədləri üzərində qurulmuş bir oyun olduğunu göstərməkdədir. Buna məhkəmə prosesində şahidlərin dindirilməsi və vəkilin vəsatətlərinin təmin olunmaması sübut deyilmi? Hələ ibtidai istintaq zamanı baş verən qanun pozuntuları və digər şübhəli məqamlar da araşdırılarsa bu işdə Royal Məmmədovun nə dərəcədə haqlı və günahsız olduğu mütləq ortaya çıxacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi vətəndaş Aliq Məmmədovun müraciətini dərc etdikdən sonra AzToday.az portalına Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovla bağlı daha bir şikayət daxil oldu. Belə ki, Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova müraciət hazırladığını bildirən vətəndaş Elman Əlizadə əməkdaşımıza açıqlamasında analoji hadisə ilə üzləşdiyini deyib. Vətəndaşın sözlərinə görə, Nizami rayon yol polisində çalışan oğlu Bilal Əlizadə də zaman-zaman rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmovun özbaşına əməlləri ilə üzləşib. Belə ki, Nofəl Məhərrəmov tabeçiliyində olan polis nəfərini müxtəlif bəhanələrlə işdən çıxardacağı ilə hədələyərək Bilal Əlizadənin atasından külli miqdarda pul alıb. Təbii ki, Elman Əlizadənin polis rəisi Nofəl Məhərrəmov arasındakı sövdələşmələrdən bizim bir mətbuat işçisi kimi xəbərimiz olmayıb. Amma vətənaşın əlində olan maddi sübutlar deməyə əsas verir ki, Nofəl Məhərrəmov qızıl aludəçisidir. Elman Əlizadə oğlunun ləkələnməməsi üçün ayrı-ayrı vaxtlarda Nofəl Məhərrəmova verdiyi qızıl sikkələr, üzərində rəisin ailəsinin də şəkli olduğu qızıl boyunbağılar məşhur filmdə deyildiyi kimi danışmağa başlasa görəsən Nizami Polis İdarəsinin rəisi özünə necə haqq qazandıracaq? Hələ Nofəl Məhərrəmovun məşhur bir general üçün brilliant qaşlarla bəzədilmiş paqonları "dil açsa” nələr olacağını əvvəlcədən söyləmək çətindir.
Amma vətəndaş Aliq Məmmədovun da, vətəndaş Elman Əlizadənin də polis rəisi tərəfindən haqsızlığa məruz qaldıqları açıq aydın görsənməkdədir. Bəs görəsən daxili işlər naziri Ramil Usubov cənabları Nizami rayon Polis İdarəsinə rəis təyin etdiyi Nofəl Məhərrəmovun bu kimi işlərindən xəbəri varmı? İnanırıq ki, cənab nazir vətəndaş Aliq Məmmədovu və oğlunun vəkili ilə birlikdə qəbul etdiyi vaxt Nofəl Məhərrəmovun bütün qanunsuz əməlləri üzə çıxacaq.
Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranmış olaylar, bu olaylardan sonra Prezident İlham Əliyevin dövlət orqanlarında baş verən özbaşınalıqlarla bağlı tutduğu iradlar kimlərə aid idi? Əminik ki, daxli işlər naziri, cənab Ramil Usubov vətəndaşların haqlı narazılıqlarını dinləyib, lazımi ölçülər götürəcək, polis mundirinə ləkə yaxan, polis şərəfinə, polis adına ləyaqətlə qulluq etməyən polis məmurlarının özbaşına, qanunsuz əməllərə yol verməsinin qarşısını alacaqdır.
Biz isə mövzu ətrafında araşdırmalarımızı davam etdiririk, növbəti yazılarımızda Nofəl Məhərrəmovun bu özbaşınalıqları törətməkdə kimlərə arxayın və yaxud əlbir olduğuna dair ilginc məlumatları ictimaiyyətin diqqətinı çatdıracağıq.
T. Məmmədov
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?