Trampla İlham Əliyev arasında məktub mübadiləsi oldu
Gundem / Siyaset / Maraqli
Oxunub: 274
21 yan 2026 | 13:13
Trampla İlham Əliyev arasında məktub mübadiləsi oldu


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.

Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi.

İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.

Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik.

Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.

Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Donald Trampa məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram.

Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm.

Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.

Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm".
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək