İlham Əliyev Ağdərəyə getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.
Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.
Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.
Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.












Dünən, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
Dünən, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
Dünən, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
Dünən, 14:22
Sabah hava yağıntılı olacaq
Dünən, 13:11
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dünən, 13:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dünən, 12:44
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dünən, 12:34
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Dünən, 11:33
Çindən tarixi addım: 53 ölkə ilə bütün məhsullara gömrük tariflərı ləğv edildi
Dünən, 11:24
SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər
Dünən, 11:17
Hamamda “kalonka” partladı - Ölən var
Dünən, 10:49
Yaxın Şərqdəki vətəndaşlar üçün növbəti təxliyə reysi həyata keçirilir
Dünən, 10:45
Sol zolağı “zəbt edən” sürücülərə xəbərdarlıq - Video
Dünən, 10:20
Neft qiymətlərinin daha çox artacağını gözləyirdim - Tramp
Dünən, 10:16
İran tammiqyaslı müharibəyə başladı - 1 tonluq raketlər...
Dünən, 10:09
Son Dəqiqə: Tehran atəşkəs şərtlərini açıqladı - Zəmanət verilməlidir
Dünən, 09:43
Tramp: İndikindən 20 dəfə daha sərt zərbə endirəcəyik
Dünən, 09:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
Dünən, 09:31
İrana qarşı müharibə demək olar ki, bitib - Tramp
Dünən, 09:27
Makron: “Biz Yaxın Şərq münaqişəsində iştirak etmirik”
Dünən, 09:23
Ərdoğan Pezeşkianla telefonla danışıb
Dünən, 09:19
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
Dünən, 09:13
Azərbaycan səması Avropa ilə Asiyanı fəal şəkildə birləşdirir
Dünən, 09:00
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
9-03-2026, 10:25
Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub
9-03-2026, 10:18
Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi
9-03-2026, 09:50
İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb