Cəlilabadın Yol Polisi Şöbəsində, “Yol hərəkəti haqqında” qanunlarımızla “iqruşka” oynanılır
Gundem / Bolge
Oxunub: 1 565
22 mar 2016 | 17:31
Cəlilabadın Yol Polisi Şöbəsində, “Yol hərəkəti haqqında” qanunlarımızla “iqruşka” oynanılır










Görəsən 20 fevral 2016-cı il tarixdə Ramiz adlı yol polisi əməkdaşı, Anar Ağammədovla bağlı ilk protokolu tərtib edərkən anlaqlı olmayıbmı ki, o, belə bir addımını atıb? Yoxsa, şikayətçinin söylədiyi kimi Cəlilabadın Yol Polisi şöbəsində, “Yol hərəkəti haqqında” qanınlarımızla “iqruşka” oynanılır açıqlaması həqiqətdir?

Yol polisi əməkdaşlarının zaman-zaman “Yol hərəkəti haqqında” qanunlarmıza məhəl qoymamaları, sürücülərlə kobud davranmaları və onların hansısa maraqlar çərçivəsində get-gələ salınmaları və.s barədə məlumatları eşitsək də, nədənsə bu cür qanunsuzluqlara rəvac verən yol polisi əməkdaşlarına qarşı, çox zaman ciddi addımlar atılmayıb. Onların tabe olduqları qurumlar isə, əksər hallarda belə bir qanunsuzluqlara qol qoyan yol polisi əməkdaşlarının müdafiəçisi rolunda çıxış ediblər.

Məsələn, hələ bir müddət bundan əvvəl, Masallı rayonu Ərkivan kənd sakini Ağammədov Anar Zakir oğlunun informasiya mərkəzimizə ünvanladığı şikayət ərizəsi daxil olmuşdu. O, yazdığı şikayət ərizəsində bildirirdi ki, Cəlilabadın yol polisi şöbəsində haqq-ədalət “qeybə çəkilib” və qanunlarımızla “iqruşka” kimi davranılır. Baş verən olayla bağlı Anar Ağammədov onu da vuğulayırdı ki, “20 fevral 2016-cı il tarixdə saat təqribən 11 radələrində idarə etdiyim “Kamaz” markalı, dövlət qeydiyyat nişanı 44 BF 979 nəqliyyat vasitəsilə, Cəlilabad rayon Polis Şöbəsinin qarşısından keçib rayonun mərkəzi ərazisinə yük (üzlük aqlay daşları) aparırdım. Həmin vaxt yol polisi şöbəsinin Ramiz adlı əməkdaşı məni saxlayıb bildirdi ki, “sən “Yol hərəkəti haqqında” qanunun tələblərini pozmusan, 50 manat pul ver ki, sənə protokol yazmayım” dedikdə, ona iradımı bildirdim və istədiyi rüşvəti də vermədim. Çünki, hərəkət etdiyim yoldan əlavə alternativ yol olmadığından, “yük avtomobillərinin girişi qadağandır” nişanəsini qoyulduğu yolla hərəkət etməyə məcbur oldum. Buna səbəb o oldu ki, yük avtomobillərinin girişi qadağan olunmayan yollarda, şəhərin kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazıntı işləri aparılırdırdı. Amma, yol polisi əməkdaşı aparılan qazıntı işləri ilə bağlı ümumi vəziyyəti nəzərə almadı və mənimlə olduqca qərəzli davranıb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsini tətbiq etməklə, yəni “yük avtomobillərinin girişi qadağandır və hərəkəti qadağandır” yol nişanələrinin tələblərinin pozulması barədə protokol tərtib edib, mənə 60 manat cərimə və 3 bal da yazdı. Belə bir yanaşmanın varlığı, olduqca ciddi qanun pozuntusu oldu. Çünki, hərəkətdə olduğum ərazidə yalnız “yük avtomobillərinin girişi qadağandır” nişanəsi qoyulsa da, yol polisi əməkdaşının kefi necə istədi, elə də hərəkət etdi. Belə bir qanun pozuntusuna yol verən sürücü əslində 40 manat cərimə olunmalı olduğu halda, o, “yük avtomobillərinin girişi qadağandır və hərəkəti qadağandır” yol nişanələrinin tələblərinin pozulması barədə protokol tərtib etməklə, mənə 60 manat cərimə və 3 bal da yazdı”.

Diqqəti o hal cəlb edir ki, Anar Ağammədovun informasiya mərkəzimizə ünvanladığı şikayət ərizəsi əsasında “Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?” başlıqlı tənqidi məqalə hazırlayıb, həmin məqaləni 06 mart 2016-cı il tarixdə Azərinfo.az saytında yerləşdirdik və baş verən problemin araşdırılması üçün, aidiyyəti qurumlara məktub da ünvanladıq. Çox keçmədi ki, informasiya mərkəzimizə belə bir məlumat da daxil oldu ki, məqalənin dərcindən sonra Cəlilabadın yol polisi şöbəsinin rəhbərliyi “uzaqgörənlik edərək”, Anar Ağammədovla bağlı 20 fevral 2016-cı il tarixdə tərtib olunmuş protokolu, 29 fevral 2016-cı il tarixdə dəyişdirirlər. Dəyişdirilmiş protokolda isə, Anar Ağammədova 40 manat cərimə yazılır və protokolu da “guya səhv olub” bəhanəsi ilə dəyişdirirlər.

Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən 20 fevral 2016-cı il tarixdə Ramiz adlı yol polisi əməkdaşı, Anar Ağammədovla bağlı ilk protokolu tərtib edərkən anlaqlı olmayıbmı ki, o, belə bir addımını atıb? Yoxsa, şikayətçinin söylədiyi kimi Cəlilabadın Yol Polisi şöbəsində, “Yol hərəkəti haqqında” qanınlarımızla “iqruşka” oynanılır açıqlaması həqiqətdir?

Bütün bunlardan sonra belə bir qənaətə gəlmişik ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalov, yol polisi əməkdaşlarının işgüzar nüfuzuna ləkə gətirən, onların rüşvətxorluqda və qanunsuz əməllərə qol qoymalarında ittiham olunmalarına səbəbkar olan Ramiz adlı yol polisi əməkdaşının və onun əməllərinə qanuni don geyindirən Cəlilabad Yol Polisi Şöbəsinin rəhbərliyi ilə bağlı müvafiq qərarını verib, lazımi addımlarını da atacaq. Əgər onlarla bağlı lazımi addımlar atılmazsa, o halda kim təminat verə bilər ki, Cəlilabadın yol polisi şöbəsinin əməkdaşları növbəti qanunsuzluqlara imza atmayacaqlar?

Azerinfo.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI