Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarda iştirak edirlər
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 54 şəhər və rayondan 1980 şagirdi əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 2016-cı il 16 mart tarixində Nərimanov rayonun məktəblilərindən 14 nəfərlik birinci qrupu Naxçıvan Muxtar Respublikasına yola salındılar.
Məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş, məktəblilərə uğurlar arzulamışdır.
Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü