Gömrük rəisi I-ci qrup Qarabağ əlilini döydü – Video, Foto
Gundem / Kriminal
Oxunub: 1 407
16 mar 2016 | 12:52
Gömrük rəisi I-ci qrup Qarabağ əlilini döydü – Video, Foto












Daha bir sahibkar məmur özbaşınalığının qurbanı oldu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində I-ci qrup Qarabağ əlili, Yeni Azərbaycan Partiyasının üzvü Əliyev Zakir Mehdi oğlu Yalama Dəmir Yol Gömrük Məntəqəsinin rəisi Valid Nəsirovun qanunsuz, özbaşına, cinayətkar əməlləri barədə mətbuat konfransı keçirib. Məqsəd isə Azərbaycanda fəaliyyət göstərən bir sahibkar kimi onun ardıcıl olaraq hüquqlarının qəsdən pozulması faktlarını, xüsusən də Valid Nəsirovun qanunsuz, özbaşına, cinayətkar əməlləri barədə məlumatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına, Dövlət Gömrük Xiddmətinin vəzifəli şəxslərinə, ümimilikdə isə Azərbaycan Respublikasının vətəndaşlarına çatdırmaqdır.

Zakir Əliyev özünü təqdim edərək bildirdi: “Mən Azərabaycan Respublikasının vətəndaşıyam. Quba rayonu Zərdabi qəsəbəsində yaşayıram. Nəzərinizə çatdırıram ki, mən 1994-cü ilin may ayında Qaraqbağın azad olunması ilə bağlı döyüşdə iki qolumu itirmişəm və birinci qrup Qarabağ əliliyəm. Buna baxmayaraq, özümü əlil kimi hiss etmədim, cəmiyyətə uyğunlaşaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Sahibkarlıq fəaliyyətimin növü isə meyvə-tərəvəz məhsullarını toplayaraq, onu dəmir yolu vasitəsi ilə Yalama Dəmir Yol Gömrük məntəqəsindən Rusiya Federasiyasına və oradan əks istiqamətə – Azərbaycana gətirmək idi”.
O, sonra xatırlatdı ki, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Sonr əlavə etdi: “Fəaliyyətə başladığım dövrdən vicdanla, dövlətin vergisini ödəmək şərti ilə qanuna müvafiq qaydada işləməyə başladım. Xaçmaz rayon Yalama Dəmir Yol Gömrük məntəqəsinin rəisi Valid Nəsirov elə fəaliyyətə başladığım ilk mərhələdən konstitsion hüquqlarımı pozaraq məni vergidən əlavə ona 400 ABŞ dolları verməyə vadar etdi. Bir müddət sonra yenidən məntəqə rəisinin yanına getdim. Meyvə-tərəvəz məhsullarının birmənalı olaraq alma yükü kimi rəsmiləşdirilməsinin qanuna müvafiq olmadığını bildirdim. Valid Nəsirov isə mənə qarşılığında bütün yüklərin alma kimi sənədləşdirilməsinin Dövlət Gömrük Komitəsinin göstərişi olduğunu və onun bu göstərişə əməl etdiyini vurğuladı. Yenidən onunla məcbur olaraq razılaşdım. Onu da qeyd etmək istəyirəm ki, müxtəlif vaxtlarda Azərbaycana gətirdiyim eyni tərkibli, eyni adlı, eyni çəkili, eyni həcmli malın rəsmiləşdirilməsi üçün məndən dövlət rüsumu olaraq Bakı şəhəri Gömrük idarəsində alınan pul məbləği ilə Yalama gömrük məntəqəsində eyni tərkibli, eyni adlı, eyni çəkili, eyni həcmli malın rəsmiləşdirilməsi üçün alınan məbləğ arasında böyük bir pul fərqi olmuşdur. Eyni məhsulun ayrı-ayrı gömrük məntəqələrində fərqli dövlət rüsumları ilə rəsmiləşdirilməsi də başıma gətirilən növbəti oyunlardan biridir. Bütün bunlara baxmayaraq, mənə düşmən kəsilmiş gömrük məntəqəsinin rəisi Valid Nəsirovla bir təhər razılaşıb yığdığım malları Rusiya Federasıyasına yola salırdım”.

Z.Əliyev bildirdi ki, Valid Nəsirov onu başqa dövlət ödənişləri adı altında aldadaraq ondan külli miqdarda pul vəsaiti almışdır. O, Prezident İlham Əliyevin Gömrük nəzarət məntəqələrində sahibkarlara yaradılan süni maneələrin qarşısının alınması, qanunu pozan gömrük əməkdaşlarının cəzalandırılacağı barədə bəyanatından sonra gömrük məntəqəsinin rəisi Valid Nəsirovun yanına gedir. Prezidentin televiziya vasitəsi ilə çıxışını onun nəzərinə çatdırır, dövlət vergisindən başqa, ona pul verməyəcəyini bildirir. Valid Nəsirov isə əsəbləşərək onu təhqir etdi. Prezidentin bəyanatının tam əksinə olaraq, sahibkara qarşı aqressiyasını artırır:

“Ümumiyyətlə, məni sahibkarlıq fəaliyyətindən məhrum edəcəyini, hər vasitə ilə malları məntəqədə qanunsuz saxlayacağını və bununla da mənə külli miqdarda ziyan vuracağını bildirdi. Belə də oldu. 03 mart 2016-cı il tarixində Valid Nəsirovun göstərişinə əsasən qəsdən mənə qarşı süni maneələr yaradıldı. Bu maneənin aradan qaldırılması məqsədi ilə qardaşım Raminlə birlikdə Gömrük postunun rəisi Valid Nəsirovla görüşdük. Valid Nəsirov mənim və qardaşımın ünvanına nalayiq söyüşlər söydü və bizi təhqir edərək, müxtəlif xəsarətlər yetirdi. Qəsdən sağlamlığımıza zərər vurdu. Bu cinayət faktı ilə əlaqədar artıq Xacmaz rayon Prokurorluğuna şikayət etmişəm”.

Sonda isə zərərçəkən sahibkar qeyd edilən halları, eləcə də Yalama Dəmir Yol Gömrük məntəqəsinin rəisi Valid Nəsirovun eyni adlı (alma) məhsulu bütün nov məhsullara tətbiq edib qanunsuz deklorasiyaları rəsmiləşdirməklə sənədləri saxtalaşdıraraq dövlətimizə və eləcədə ona külli miqdarda ziyan vurmasını nəzərə alaraq onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-dələduzluq, 311-Rüşvət alma, 313-vəzifə saxtakarlığı və sair maddələrinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi.

Gömrük rəisi I-ci qrup Qarabağ əlilini döydü – Video, Foto
Gömrük rəisi I-ci qrup Qarabağ əlilini döydü – Video, Foto
Gömrük rəisi I-ci qrup Qarabağ əlilini döydü – Video, Foto

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI