Mahmudovun oğlunun torpaqları, atasının pultuna birləşdirilən ofis telefonu...
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun korrupsiya əməllərinə dair yeni faktlar məlum olub.Virtualaz.org saytının mötəbər mənbələrdən əldə etdiyi məlumatlara görə nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən “Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub.
Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi.
Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir. Onun “Caspian Crystal Holding”də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən “Crystal Plaza”da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub.
İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.
Başqa məlumata görə isə, Eldar Mahmudov “Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna “haqq” olaraq verilib.
Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun “Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb.
Sayt araşdırıb ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi “Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib. Bu torpaq sahəsinin üzüm bağları salmaq üçün alındığı təxmin edilir və keçmiş icra hakimiyyəti başçısı Asif Məmmədovun dövründə eks-nazirin oğlunun adına qanunsuz yollarla rəsmiləşdirilib.
Maraqlıdır ki, bir neçə ay əvvəl Asif Məmmədovla bağlı maraqlı fakt üzə çıxıb. Məlum olub ki, Şamaxının icra başçısı vəzifəsindən çıxarılandan az sonra A.Məmmədovun Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsindəki villasına naməlum maskalılar basqın edib. Onlar ev sahiblərinin əl-qolunu bağlayaraq evdən 4 milyon dollara yaxın nəğd pulu aparıblar. Keçmiş başçı bu haqda heç yana şikayət etməyib. Ehtimal edilir ki, evə basqın edən maskalılar MTN generalı Akif Çovdarovun adamları olub və A.Məmmədov hansısa maxinasiyalarına görə bu cür cəzalandırılıb.
http://musavat.com
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI