Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib YENİLƏNİB
Gundem / Siyaset
Oxunub: 293
21 avq 2025 | 20:57
Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİB


Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Artıq 40 ildən çoxdur arıçılıqla məşğul olan Mustafayevlər ailəsi bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər. Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.

Bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra “Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİBPrezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib  YENİLƏNİB
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI