Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
“ Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verib.
Qeyd edilib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.
Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
***
Dövlət başçısı kənddə klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.
***
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.
***
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.
***
Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.
***
Sonra dövlət başçısı kəndə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edib.




















Bu gün, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Bu gün, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN