Cəmi bir günü qalıb: Qarabağ əlilinin yeganə övladı əlindən gedir
Gundem
Oxunub: 1 274
6 mar 2016 | 18:55
MÜRACİƏT


Mən atayam. Gözümün ağı-qarası bir övladım var.
Cəmi bir günü qalıb: Qarabağ əlilinin yeganə övladı əlindən gedir
Yeniyetməliyim və gəncliyim Qarabağ döyüşlərində keçdi. İkinci qrup Qarabağ əliliyəm. İşsizəm və evsizəm. Bu azmış kimi, Allah bircə balama olmazın dərdini də verdi. Bir ildir baş ağrılarından şikayət edən balamı ölkədə həkim qalmadı aparam. Hər kəs mədəsində və ya bağırsağında problemi var dedi. Hətta qan xərçəngindən ehtiyat etdiyim üçün onu bu testdən də keçirmişdim. Amma heç nəyi yox idi.
İki gün əvvəl qızım - 12 yaşlı Röyam qəflətən ağır duruma düşdü. Tomoqrafiyadan sonra “Başında böyük şiş var” dedilər. Həftənin birinci günü qızım Bakıda ağır əməliyyata girəcək.
Bu gün qızımın uzun saçları ilə sonuncu günüdür. Ata olaraq heç zaman saçlarının kəsilməsini istəməmişdim. Zaman-zaman qızım da saçlarını sevmişdi. Sabah onun o gözəl saçları da adı kimi yuxu olacaq.
Sabah əlinə top verib balamın başını aldadaraq saçlarını kəsəcəklər. Qızım mənə deyir: Ata əgər saçım uzanmasa, sizdən küsəcəm.
Balam üçün dua edin. Bizə kömək olun!

Manuel Məmmədov
(055) 2112991

Əziz həmvətənlər,
Təqdim etdiyimiz bu müraciət Azərbaycan torpaqları uğrunda döyüşmüş və sağlamlığını itirmiş bir kişinin Tanrının ona bəxş etdiyi yeganə balası ilə bağlıdır. Bu gün Manuelin övladı ölümlə çarpışır. Vəziyyəti çox ağırdır. Sabah – martın 7-də Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunacaq. Həkimlər müalicə üçün çox gecikdirildiyini deyirlər. Ona görə “Allaha pənah deyib” əməliyyata götürəcəklər.
Ata müraciətində yalnız “Balam üçün dua edin, bizə kömək edin” deyir. Amma durumları təsəvvür edilməyəcək qədər ağırdır. İndi zavallı ata təkcə gözünün ağı-qarası olan balasının hayında deyil, həm də onu necə əməliyyat etdirəcəyinin, həkimlərə nə verəcəyinin dərdi içində qıvrılır.
Mən ailə ilə əlaqə saxlamışam. Düşündüm ki, bu durumu hamıya çatdıraq, ictimailəşdirək.
Hörmətli həmkarlarımdan – media rəhbərlərindən istəyirəm ki, Röyaya öz dəstəyimizi göstərək.
Millət vəkillərinin, ictimai sektorun fəallarının bu məsələyə diqqət yetirmələrini xahiş edirəm.
Amma ən başda Azərbaycan dövləti – onun Səhiyyə Nazirliyi öz vətəndaşının taleyinə biganə qalmamalı, sahib çıxmalıdır.
Bizdə ianə toplanması kimi sosial təşəbbüslər o qədər də uğurlu və yetərli alınmır. Tək, buna ümid etmək olmaz. Ona görə də, dövlət qurumları bu məsələni öz üzərinə götürməlidirlər.
Həmçinin, Röyanı əməliyyat edəcək həkimlər həyatlarında heç olmasa bir dəfə istisnaya yol versinlər. Röyanın əməliyyatı üçün ödəniləcək vəsaiti onlar nəyə və necə xərcləyə biləcəklər…
Vaxt çox azdır. Bu müddətdə, kim hansı formada Röyanın hayına hay verə bilsə, müraciətdə qeyd olunan nömrə ilə, həmçinin bizimlə əlaqə saxlaya bilər.

Aqil Camal, Türküstan.info
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI