Nərimanov rayonunda Ümumdünya Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib
1 mart 2016-cı il tarixində Nərimanov rayonunda yerləşən S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə birlikdə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin Əhalinin Mühəndis Mühafizəsi Xidmətinin rəisi, polkovnik Z.Məmmədrzayev, Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor Kərim Rəhimov və şöbənin məsul əməkdaşları, FHN Bakı Regional Mərkəzinin baş leytenantı N.Dərgahov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Toğrul Əliyev, gimnaziyanın direktoru Xuraman Osmanova, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd əhalinin və şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə, kollektiv mühafizə qurğularında daldalanmaq qaydalarını nəzəri və əməli cəhətdən öyrətmək olmuşdur.
Tədbir iştirakçıları məktəbdə bir neçə açıq dərslərdə iştirak etmişlər.
Yekunda məktəb şagirdlərinin iştirakı ilə təlim prosesi həyata keçirilmişdir. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirmişlər.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI