Lənkəran icra başçısının daha bir maxinasiyası ifşa olundu - DİYARŞÜNASLIQ MÜZEYİNİ KİMƏ SATIB? + FOTOFAKT
Gundem / Bolge
Oxunub: 1 075
1 mar 2016 | 13:33
Lənkəran icra başçısının daha bir maxinasiyası ifşa olundu - DİYARŞÜNASLIQ MÜZEYİNİ KİMƏ SATIB? + FOTOFAKT










Lənkəran sakini Ağaəsgər Yusif oğlu Ağayev Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və USESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevayaünvanladığı şikayət ərizəsinin bir nüsxəsini də İnformasiya Portalına göndərib. Biz, qarşı tərəfin də cavab haqqını tanımaq şərti ilə həmin şikayəti olduğu kimi təqdim edirik:

“Hörmətli Mehriban xanım! Mən Ağayev Ağaəsgər Yusif oğlu üzləşdiyim qanunsuzluq və özbaşınalıq halları ilə bağlı son ümid yeri kimi sizə müraciət etmək məcburiyyətində qaldım. Həm də bu özbaşınalığı törədənlər ölkə başçısı, özünü xalqın xidmətçisi adlandıran möhtərəm İlham Əliyev cənablarının göstərdiyi etimaddan sui-istifadə edərək, insanların haqqını tapdalamaqdan, hətta malını-mülkünü belə əlindən alıb mənimsəməkdən çəkinməyən Lənkəran RİH başçısı T.Qaraşov və onun müavini İlkin Rəhimovdur.

Onlar əlbir olaraq Lənkəranda diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərmiş mənim baba ocağımı qeyri-qanuni yolla külli miqdarda pul qazanmaq məqsədi ilə ələ keçirmişlər.

Mənim atam Ağayev Yusif 1928-ci ildə, babam Əkbərov Kəlbə Tağı Hacı İbad oğluna məxsus bu evdə anadan olmuşdur. Ona məxsus bu evi 1937-ci ildə məlum hadisələrə görə dövlətə keçmişdir. Bu mülk 194145-də hərbi qospital, 1972-ci ilə kimi 3 №-li orta məktəb və keçən ilə kimi diyarşünaslıq muzeyi olmuşdur.
Mən Bakıda yaşayıram. Lakin rayon rəhbərliyi muzeyin binasını şəxsi qazanc yerinə çevirmək məqsədini qarşıya qoyaraq, onun fəaliyyətinə xitam vermişdi. Binanın mənim şikayətimdən sonra qəzalı olduğunu bildirərək, onu Lənkəran RİH başçısının müavini İlkin Rəhimovun yaxın qohumu – Lənkəran şəhər Silavar kənd Bələdiyyəsinin sədri Malik Rəhimovun oğlu E.Rəhimovun adına özəlləşdirmişdir. E.Rəhimov isə oraya dair iş adamı Hacı Məmməd Məmmədovun adına dolayısı yolla etibarnamə verib, bir neçə məmurun adının gizli saxlanmasıma guya nail olmuşdur.

Göründüyü kimi, RİH başçısı və müavini əl-ələ verərək, mənim baba yurdumu sataraq, külli miqdarda pul qazanmaq eşqinə düşmüşlər. Halbuki, həmin evin mənim baba mülküm olduğunu, həmin evə vərəsəlik hüququmu təsdiqləyən Lənkəran Rayon Xalq Məhkəməsinin S.M.Qarayevin sədrliyi və Lənkəranın ensiklopediyası kimi tanınan “Lənkəran” kitabının müəllifi, xalq müəllimi, təhqiqatçı Mir Haşım Talışlının şahidliyi ilə keçirilmiş məhkəmə iclasının İş № 2-32 1997-ci il Qətnaməsi mövcuddur. Həmin ev qanunla mənə qaytarılmalı, təklif olunmalı olduğu halda, gizlicə olaraq əlaltından satışa çıxarılıb.

Xeyli vaxtdır ki, T.Qaraşov – İ.Rəhimov tandemi mənim öz baba yurduma sahib çıxmağıma imkan vermir. Həm də bu, onların ilk belə zorakılıqla özgə mülkünə göz dikmələri faktı deyil. Rayonda təkcə bu qəbildən bir neçə fakt mövcuddur. Babam Kəlbə Tağının atası Hacı İbadın qədim şərq arxitekturasını özündə əks etdirən evi satılmış və yerlə-yeksan edilmişdir. Rayonun bu iki rəhbər şəxsinin şəxsi maraqlarının qurbanına çevrilərək satılmışdır.

Görəsən, başqa kim öz mədəni abidələrinə qarşı belə dağıdıcı münasibət göstərə bilər? Sapı özümüzdən olan belə baltalar deyilmi soy-köklərimizin, milli-mənəvi dəyərlərimizin aşılanmasına rəvac verirlər. Axı, möhtərəm prezidentimiz ətrafında xalqın sıx birliyini təmin etməli olan bu şəxslər rayonda narazılıq toxumu səpməklə nə demək, kimin dəyirmanına su tökmək məqsədi daşıyırlar. Xahiş edirəm, pozulmuş hüquqlarımın bərpa edilməsi, ədalətin öz yerini alması naminə mənə daim möhtərəm prezidentimizin siyasi xəttini dəstəkləyən bir köməksiz insanın səsinə səs verəsiniz. Baba yurdumun mənə qaytarılmasında sizə, yalnız sizə və ölkə başçısına güvənirəm”. /Azinforum.az

Lənkəran icra başçısının daha bir maxinasiyası ifşa olundu - DİYARŞÜNASLIQ MÜZEYİNİ KİMƏ SATIB? + FOTOFAKT
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI