AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ DAXİLİNDƏ NƏ BAŞ VERİR?
İlham Pirməmmədovun Rektorluq iddiası var....
Son vaxtlar Azərbaycan Texniki Universitetinin müxtəlif instansiyalara çoxsaylı şikayətlərlə müraciət edən tələbələri bildirirlər ki, bu ali təhsil müəssisəsində rüşvət yığımları ağlasığmaz həddə çatıb. Məliumatlarda vurğulanlr ki, bu yığımları daha da artırmaq məqsədilə universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Digər tərəfdən isə mənbələr xüsusi olaraq belə bir məqamı da diqqət mərkəzinə çəkirlər ki,Azərbaycan Texniki Universitetində baş verən hadisələr sadəcə kimlərinsə rüşvət almaq yolu ilə varlanmaq istəyini həyata keçirmək məqsədi güdmür. Bildirilir ki, bu oyunların arxasında daha mürəkkəb intriqalar durur. Belə ki, istənilən müəssisə və ya təşkilatda olduğu kimi bu universitetdə də yer almış korrupsiya hallarına görə ilk növbədə bütün nəzərlər rəhbərliyə, bütün baş verənlərdən sorumlu olan rektor Havar Məmmədovun üzərinə yönəlir. Lakin təqdim olunan məlumatlarda belə bir fikir irəli sürülür ki, əslində bir çox mövcud problemlər müəyyən universitetdaxili qüvvələrin ciddi səyləri ilə qəsdən yaradılır. Məqsəd isə məhz rektoru nüfuzdan salmaq və son nəticə etibarı ilə onun tutduğu vəzifədən kənarlaşdırılmasına nail olmaqdır.Redaksiyamıza daxil olan məlumatlarda narazılıqlar yaratmağa calışan bu qüvvələrin Elmi işlər üzrə prorektor İlham Pirməmmədov tərəfindən istiqamətləndirildiyii fikri dəstəklənir.İlham Pirməmmədovun adı yəqin ki,oxucularımıza,Respublika ictimaiyyətinə yaxşı məlumdur.Keçmiş nazir Misir Mərdanovun vaxtında İlham Pirməmmədov Təhsil Nazirliyinin ən güclü söz sahibi olan fiqurlarından biri bəlkədə birincisi idi.Məlum dəyişiklikdən sonra,yeni təyin olunmuş Təhsil naziri Mikayıl Cabbarov onun səlahiyyətlərini qismən məhdudlaşdırdı.Bir müddət Təhsil Nazirliyində müşavir vəzifəsində çalışan İlham müəllim sonda Təhsil Nazirinin müvafiq əmri ilə Azərbaycan Texniki Universitetində Elmi İşlər üzrə prorektor vəzifəsinə təyin olundu.Bu təyinat təbii ki,təsadüf bir təyinat ola bilməzdi.Bu Universitetdə İlham Pirməmmədova yaxın olan qüvvələr əvvəldən işləyirdi.Mənbəmizin bildirdiyinə görə bu quvvələr Universitetdə kifayət qədər söz sahibi olan dekanlar və digər elmi işcilərdir.İlham Pirməmmədova ən yaxın dekanlar Həsənov Fazil Abdüləzim oğlu,Aslanzadə İlham Alıcı oğlu və İbrahimov Bayram Qənimət oğlunun olduğu bildirilir.Bu adları çəkilən dekanlardan Mühəndiz Biznesi və Menecment fakültəsinin dekanı,texnika elmləri namizədi İlham Aslanzadə və Radiotexnika və rabitə fakültəsinin dekanı,texnika elmləri doktoru professor Bayram İbrahimovun İlham Pirmməmədovla daha sıx əlaqədə olduğu bildirilir.Bu barədə gələn saylarımızda daha ətraflı söhbət açacağıq. Buna görə də İlham Pirməmmədov, öz məqsədlərini həyata keçirmək üçün universitet daxilində kifayət qədər dəstək əldə edə bilmişdir.Qeyd etmək lazımdır ki,son vaxtlar Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovun rəhbəri olduğu ali məktəb haqqında bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatların dərci daha geniş vüsət almışdır Burada əsas məsələ həmin sadiq “dostlar” vasitəsilə ictimaiyyətdə və ölkə rəhbərliyində Universitet və Rektor haqqında mənfi rəy formalaşdırmaq olmuşdur.Etiraf etmək lazımdır ki, ümumiyyətlə Texniki Universitetdəki mənbələrdən aldığımız məlumatlarda bilavasitə Havar Məmmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülmür. Digər tərəfdən isə İlham Pirməmmədovun aşkar provokasion mövqeylərdə durmağına, universitetdə korrupsiya hallarını təqdir etməsinə rəğmən hələ də məsul vəzifədə qala bilməsi yenə də sual dolu nəzərlərin məhz H.Məmmədova doğru yönəlməsinə səbəb olur.
Araşdırmalarımız davam edir...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI