“Çöpçü Səidə”nin müdafiəçisi kimdir?
Gundem
Oxunub: 1 771
29 fev 2016 | 12:10
“Çöpçü Səidə”nin müdafiəçisi kimdir?















“Çöpçü Səidə”nin müdafiəçisi kimdir?

Bu o anlama gətirir ki, Xoşbəxt xanım özünü media təmsilçisi kimi təqdim etsə də, deyəsən o, peşəkar jurnalist deyil, əslində sayılıb-seçilən zurnalistlərdəndir

Binəqədi rayonunun Biləcəri şössesinə gedən yolun kənarında “Çöpçü Səidə” adı ilə tanınan, əslində isə məşğul olduğu fəaliyyətilə, bəlkə də böyük bir xəstəliyin daşıyıcısı olan bu xanımın əməlləri, öz-özlüyündə böyük şübhələrə də yol açır. Problemin kökü nədədir və bu cür şübhələrin əmələ gəlməsinə bəs səbəb nədir?

Əvvəla onu qeyd edək ki, “Çöpçü Səidə”nin belə bir fəaliyyət növü ilə məşğul olması haqda, hələ xeyli müddət bundan əvvəl də məlumat əldə etmişdik. Sadəcə olaraq onun azyaşlı uşaqlarda olan “çöpü” necə çıxarması və belə bir addımı ilə, Səidə xanımın azyaşlı uşaqların həyat üçün təhlükə törədib törətməməsi barədə, müəyyən araşdırmaların aparılmasına ehtiyac duyurduq.

Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, “Çöpçü Səidə” gün ərzində təqribən 25-50 nəfər arası azyaşlı uşaqların “çöpünü” çıxarır və dolanışığını təmin etmək üçün kimlərinsə “cibinə də girir”. Bu zaman meydana fərqli suallar da çıxır. Görəsən onun sağlamlıq durumu necədir və “Çöpçü Səidə”nin belə bir fəaliyyət növü ilə məşğul olması üçün, aidiyyəti qurumlardan icazəsi də varmı? Yaxud da o, belə bir işlərlə məşğul olub gün ərzində filan qədər pul qazanırsa, dövlətə vergi ödəyirmi? Ödəyirsə hansı əsasla, hansı hesaba, ödəmirsə niyə vergi orqanı əməkdaşları onu cəzalandırmır? Belə bir səbəblər üzündən də, hələ bir-iki gün bundan öncə əməkdaşımızı qeyd olunan ünvana ezam etdik ki, bizim üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirə bilsin. Həmin vaxt diqqəti cəlb edən hal o oldu ki, “Çöpçü Səidə” fəaliyyəti ilə bağlı əməkdaşımızın suallarını cavablandırmaq əvəzinə, “mənim sağlamlığım barədə tibb ocaqlarından aldığım həkim arayışım var, amma mən onu sizlərə təqdim edə bilmərəm” deyə cavabını verir. O halda KİV nümayəndəsi olaraq bizlərdə də belə bir şübhə baş qaldırır ki, görəsən gün ərzində saysız-hesabsız körpələrə nəfəsini verməklə, onların “çöpünü” çıxaran Səidə xanım, əldə etdiyi sağlamlıq arayışını niyə gizlədir?. Deməli, torbada “qara pişik” var ki, “Çöpçü Səidə” adı ilə məşhurlaşan bu xanım, belə bir addımlarını da atır.

Hələ bu azmış kimi, onun müdafiəsinə qalxan, Səidə xanımın qol qoyduğu əməlləri ört-basdır etməyə çalışan və özünü media təmsilçisi kimi təqdim edən Xoşbəx xanımın danışdıqlarını da heç cür başa düşmək olmur. Çünki, onun əməkdaşımıza (055) 854-36-48 nömrəli mobil telefonla zəng edib deməsi ki, “sizin nə ixtiyarınız var ki, “Çöpçü Səidə”nin işlərinə qarışırsınız, hansısa araşdırmanı aparırsınız?” deməsi, heç cür başa düşülən hal deyil. Bu o anlama gətirir ki, Xoşbəxt xanım özünü media təmsilçisi kimi təqdim etsə də, deyəsən o, peşəkar jurnalist deyil, əslində sayılıb-seçilən zurnalistlərdəndir. Hətta, bir qədər dəqiq araşdırmalar aparılasa, o da bəlli olar ki, bəlkə Xoşbəxt xanım da, atestatı olmayan zurnalistlərdəndir. Odur ki, Xoşbəxt xanıma tövsiyyə edərdik ki, Səidə xanımın bədbəxliyə gedən yolu haqda bir qədər düşünsün, düşüncüksə də götür-qoy etsin və KİV haqqında qanunu 8-ci və 14-cü maddələrinə (əgər yazıb oxumağı

bacarırsa) bir nəzər də salsın. Bəlkə ondan sonra “ayıla bildi”. Çünki, “yatmışlar”ı başa salmaq olduqca çətin olur.

Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, təkcə Xoşbəxt xanım deyil, məhz onun kimi kustar düşüncə dərzinə malik olan “jurnalist”lər də, əksər hallarda xoşbəxtliyin yanında deyil, məhz bədbəxtçililiyin yanında olurlar. Onların belə bir addımları yəqin ki, bizlərə xoşbəxtlik deyil, hər zaman bədbəxtlik nəsib edəcək.

Problemin varlığını diqqətdə saxlayacağıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI