“Ermənipərəst senatorların pulunu USAİD ödəyir” - Daria Qrevtsovadan ŞOK İDDİA

“Məlum olduğu kimi, ABŞ hazırda Azərbaycana qarşı siyasət yürütməyə başlayıb. Ağ Ev rəsmi Bakını günahlandıraraq, açıq şəkildə ermənilərin tərəfini tutur. Bu isə ABŞ-ın siyasətinin hansı tərəfin lehinə olduğundan xəbər verir. Qeyd etdiyimiz səbəblərə görə, USAİD-in Azərbaycanda qalıb, fəaliyyət göstərməsi düzgün deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
USAİD-in ermənipərəst rəhbərinin Azərbaycana qarşı çirkin kampaniyasını şərh edən Daria Qrevtsova, hazırki vəziyyətdə qurumun Azərbaycanda fəaliyyətinin mümkün olmayacağını qeyd edib:
“USAİD ABŞ-a, ABŞ konqresinə birbaşa tabe olan və erməni lobbisinin aktiv işlədiyi bir dövlət departamentidir. USAİD hazırda erməni tərəfi üçün çıxış edən ABŞ siyasilərinin pulunu ödəyir. Həmçinin amerikalı siyasilərin Ermənistana səfərlərini təşkil edir.
Samanta Pauerin bu cür çıxışlar etməsi isə ilk belə hal deyil. Buna görə də, mən düşünürəm ki, USAİD-in Azərbaycanda fəaliyyəti çox təhlükəlidir. Hazırda ABŞ Azərbaycana qarşı açıq-aşkar çıxışlar edir. Bundan sonrakı mərhələdə USAİD-in Bakıda fəaliyyəti Azərbaycanın daxili işlərinə burnunu soxmaq kimi qiymətləndirilməlidir və bu da, təhlükəli hesab edilməlidir.
Çünki USAİD Azərbaycana qarşı olan hansısa bir layihəni maliyyələşdirə də bilər. Əslində Azərbaycanda fəaliyyət göstərən USAİD rəsmi Bakının siyasətini çox gözəl bilir. Hazırki durumda Azərbaycanı zəiflətmək Vaşinqtonun maraqları çərçivəsindədir. Bu səbəbdən də, USAİD tərkibində kəşfiyyatçıların işləməsi ehtimalı qaçılmazdır”, - deyə Daria Qrevtsova bildirib.
Qurum rəhbərinin erməni lobbisinə satıldığını deyən politoloq, USAİD-in məhz Azərbaycanın erməni lobbisinə vurduğu ciddi zərbədən sonra aktivlik göstərdiyinə diqqət çəkib.
Bakı USAİD-lə isti münasibətləri olan Ruben Vardanyanı həbs etməklə, həm də beynəlxalq təşkilatın iç üzünü ifşa etmiş oldu. Düzdür, erməni lobbisi ABŞ-da çox güclü bir təşkilatdır. Öncə onlar müxtəlif səsvermə kampaniyalarında sponsor kimi çıxış edirlər.
Həmçinin biz onların rolunu bir sıra KİV-in fəaliyyətində də görə bilərik. Təbii ki, həmin KİV-dəki xəbərlərdə Azərbaycana qarşı açıq-aşkar məlumatlar işıqlandırılır və Ermənistanın tərəfi saxlanılır. Elə faktlar irəli sürülür ki, həqiqətlə heç uyğun gəlmir. Buna misala olaraq Qarabağdan könüllü gedən insanları misal göstərmək olar. Hansı ki, onlar orada qala bilərdilər. Ancaq faktiki olaraq oradan qovulan Azərbaycan qaçqınları haqqında həqqiqətlər təkzib edilir.
Nəyə görə ABŞ bu haqda susur?
Bu da bizə onu göstərir ki, orada erməni lobbisinin gücü, sözü keçərlidir. Belə bir lobbiyə qarşı işləmək təbii ki, biraz çətindir, ancaq mümkünsüz deyil. Azərbaycan bunun üzərində aktiv şəkildə işləyir. Buna misal olaraq yaxın zamanlarda həbs olunan Ruben Vardanyanı göstərmək olar.
Məlumdur ki, onun Samanta Pauerlə, USAİD ilə yaxın əlaqələri var idi. Yox, əgər ABŞ öz səhvini başa düşüb Azərbaycana qarşı adekvat addımlar atarsa, o zaman bəlkə də ABŞ-a aid qurumların Azərbaycanda bərpası mümkün olar. Ancaq hələlik bu istiqamətdə müsbət addımları biz görmürük”, - deyə analitik əlavə edib.

Bu gün, 09:11
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
Bu gün, 09:00
Vilayət Eyvazovdan polislərə "həssaslıqla yanaşılsın" tələbi
Dünən, 16:00
Yağış yağacaq - SABAHIN HAVASI
Dünən, 15:30
Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək
Dünən, 14:32
İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO
Dünən, 14:16
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib
Dünən, 13:00
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş geniştərkibli formatda davam edir
Dünən, 12:30
Nazirdən rus bölmələri ilə bağlı AÇIQLAMA
Dünən, 12:26
Azərbaycan beynəlxalq əməkdaşlığa böyük önəm verir - Prezident
Dünən, 11:44
Messi unikal rekorda imza atdı
Dünən, 11:40
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Dünən, 11:35
İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:17
Əbu-Dabidəki görüş barədə nə məlumdur? - KİV yazır
Dünən, 11:14
Rusiya Ermənistana xəbərdarlıq edib
Dünən, 11:10
BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünən, 11:07
Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır
Dünən, 11:02
UEFA Avropa Liqası: “Sabah” bu gün Sloveniya klubunu qəbul edəcək
Dünən, 10:58
Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var
Dünən, 10:53
Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib
Dünən, 10:50
DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Dünən, 10:46
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
Dünən, 10:16
ABŞ Ukraynaya bu silahların çatdırılmasına başlayıb
Dünən, 10:06
İsrail Rəfahda fələstinlilər üçün “humanitar şəhər” tikir
Dünən, 10:02
Ərdoğan Fahrettin Altunu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Dünən, 09:51
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
Dünən, 09:46
İlham Əliyevin Paşinyanla görüşü başladı - İLK GÖRÜNTÜLƏR
Dünən, 09:00
Paşinyan kilsə, oliqarxiya və müxalifəti eyni vaxtda əzir: "Yumşaq güc"ünü itirən Rusiya hərbi müdaxilə planı qurur