Yayın gətirdiyi bəlalar – Dəniz suyundan insanda Hepatit A yarana bilər
Dunya
Oxunub: 580
2 avq 2018 | 21:25
Yayın gətirdiyi bəlalar – Dəniz suyundan insanda Hepatit A yarana bilər















Yay aylarında, havaların isinməsi ilə birlikdə qidaların istehsalçıdan istehlakçıya çatdırılmasında və saxlanılmasında yaşanan iqlimlə bağlı çətinliklər də özünü göstərməyə başlayır.
Medicina.az xəbər verir ki, mikrobların çirklənmiş qida və suların ağız yolu ilə daha çox qəbul edilməsi, kondisionerdən daha çox istifadə, müxtəlif bölgələrə edilən səyahətlər, piknik kimi fərqli aktivliklər səbəbilə bəzi yoluxucu xəstəliklər daha çox müşahidə olunur. Medicana Çamlıca Xəstəxanası İnfeksion xəstəliklər üzrə mütəxəssis dr. Meltem Yavuz yay xəstəlikləri ilə bağlı fikirlərini bildirib.
Qida və su yolu ilə yoluxan xəstəliklər
Mikroblarla çirklənmiş qidaların və başda su olmaqla digər içkilərin ağız yolu ilə qəbulu ürəkbulanma, qusma, ishal, yüksək hərarət və dehidratasiya (su itkisi) ilə müşahidə oluna bilən qida zəhərlənməsi və qastroenterit kimi sağlamlıqla bağlı əsas narahatlıqların ortaya çıxmasına səbəb ola bilər.
Xüsusilə gigiyena qaydalarına əməl edilmədən hazırlanan süd və süd məhsulları (sütlaç, qazandibi, muhallebi, dondurma), kremli qidalar (yaş pasta, ekler, pudinq və s.), yumurtalı qidalar (mayonez tərkibli souslar), vaakkumlu paketi açıldıqdan sonra qısa müddətdə yeyilib bitirilməyən salyami, sosiska, sucuq, pendir kimi qidalar və əlverişli şərtlərdə saxlanılmayan qırmızı ət, ağ ət (toyuq), dəniz məhsulları istilərin yüksəlməsi ilə qısa müddətdə xarab olaraq mikroorqanizmlərin daha asan törəməsinə yol açır.
Həmçinin kahı, xiyar və cəfəri kimi tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilər.
İnsan sağlamlığını təhdid edən bu mikroorqanizmlər arasında ən önəmliləri Salmonella və Shigella növündən olan bakteriyalar, həmçinin xalq arasında amyöb olaraq da tanınan Entamoeba hystolitica və Giardia intestinalis kimi parazitlər, Hepatit A, Rotavirus kimi viruslardır.
Su və qidalardan keçən infeksiyalardan qorunmağın ən önəmli yolu əl gigiyenasıdır. Əllərin tez-tez və düzgün texnika ilə yuyulmasına mütləq diqqət etmək lazımdır.
Yeməklərin və içkilərin hazırlanma, əlverişli şərtlərdə saxlanma və servis mərhələlərində əsas gigiyena qaydalarına diqqət edilməsi, yuxarıda qeyd edilən riskli qidaların qəbulunun azaldılması, bayırdan alınan və ya açıq havada satılan qidalardan istifadə edilməməsi, gözlə görünən çirkliliyi olan və ya çirkli görünməsə belə durğun halda olan su mənbələrindən su içilməməsi də su və qidalarla keçən infeksiyalardan qorunmaqda effektiv yollardandır.
Hovuzdan və ya dənizdən yoluxa bilən xəstəliklər
Hovuz təmizliyi və dezinfeksiyasının yetərsiz olması səbəbilə bu mikroorqanizmlərdən asılı olaraq göz, qulaq və dəri infeksiyaları ilə yanaşı həzm-tənəffüs sistemi infeksiyaları, sidik kanalı və vaginal infeksiyalara rast gəlinə bilər. Xüsusilə hovuzlar yayda bir çox insanın ortaq istifadə etdiyi məkandır. Bu səbəblə bir çok bakteriya, virus, parazit amilləri ilə asanlıqla çirklənə bilirlər. Nəcislə çirklənmiş hovuz sularının udulması ürəkbulanma, qusma və ishal ilə müşahidə edilə bilən qastroenteritin yaranmasına səbəb olur. Hovuzlar hər nə qədər xlorlama da daxil olmaqla bir çox üsullarla dezinfeksiya edilsə də, bir tək insanın nəcis və ya digər bədən ifrazatı ilə hər zaman milyonlarla mikrobun suya yayılma riski vardır.
Kanalizasiya suları və insan nəcisi ilə çirklənmiş dəniz və hovuzlardan, suyun ağızdan/ burundan girməsi və udulması ilə A tipli sarılıq (Hepatit A) xəstəliyi də yoluxa bilər.
Sidik və ya nəcis ilə çirklənmiş hovuzlar vasitəsilə xüsusilə qadınlarda tez-tez sidik kanalı infeksiyaları müşahidə olunur. Həmçinin xlorlu mühitə müqavimət göstərən, xlorlu mühitdə bölünə bilən bir çox göbələk tipli mikroorqanizmlərdən vaginal bölgə infeksiyalarının ortaya çıxa biləcəyi unudulmamalıdır. Buna görə də hovuzdan çıxdıqdan sonra mütləq sabun və su ilə duş qəbul edilməsi, nəm çimərlik geyiminin dəyişdirilməsi, əl və ayaq barmaq araları və genital bölgənin nəmli qalmamasına xüsusilə diqqət edilməlidir.
Həmçinin çirklənmiş hovuz suyunun qulaqla təması nəticəsində xüsusilə Pseudomonas növündən olan mikrobların səbəb olduğu, əsasən çox ağrılı və qaşınma ilə müşayiət olunan xarici qulaq yolu infeksiyalarına da rast gəlinir. Dəniz və ya hovuz suyuna tez-tez başvurmalar sinüzit riskini artıracağı üçün burun və qulaq tıxaclarından istifadə olunmalıdır.
Eyni zamanda hovuzlarda dezinfeksiya məqsədilə istifadə edilən xlorun kimyəvi konyunktivit deyilən göz xəstəliyinə də səbəb olduğu unudulmamalıdır.
Hovuz yolu ilə yoluxan infeksiyalardan qorunma və müalicə metodları:
Hovuz və dəniz mühitinin təmiz olmasına diqqət edilməlidir.
Durğun və çirkli sularda, səthi köpüklü və yaşıl rəngdə olan dənizdə üzmək olmaz.
Suya atılan zaman burnun qapadılması və mümkünsə tıxacdan istifadə olunması tövsiyə edilir.
Hovuz və dəniz suyunun udulmamasına diqqət edilməlidir.
Dəridə sıyrıq və kəsik yaraları varsa, üzəndən sonra təmiz su və sabunla yuyunmaq lazımdır.
Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaq tıxaclarından istifadə edilməlidir.
Göz infeksiyalarının qarşısını almaq üçün sualtı eynəkdən və ya maskalardan istifadə edilə bilər.
Kanalizasiya suları qarışan sahələrə yaxın bölgələrdə və şiddətli yağışdan sonra üzmək məsləhət görülmür.
Yarana biləcək ishal , tənəffüs sistemi, dəri, qulaq və göz infeksiyalarının müalicəsi üçün mütləq həkimlə məsləhət olunmalıdır.
Hovuz və ya dənizdən çıxar-çıxmaz mütləq duş qəbul edilməli və bədəni sabunlayaraq mikrobların dəridən kənarlaşdırılması təmin olunmalıdır.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq