Paşinyanın qərarı Ermənistan ordusunda aclıq yaradıb
Dunya
Oxunub: 567
2 avq 2018 | 19:15
Paşinyanın qərarı Ermənistan ordusunda aclıq yaradıb














Baş nazir Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan edəndən sonra, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi hərbi hissələrdəki mənbəyə əsasən məlumat yayıb.

Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq bir neçə gündür müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır.

Agentliyə məlumat ötürən mənbə deyib ki, hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə yemək verilməməsilə bağlı “yuxarıdan” əmr alıblar.

Bu mənada “Sputnik Ermənistan” qeyd edir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır.

Agentlik yazır ki, Ermənistan ordusundakı müqaviləli hərbçilərə hökumət ayda cəmi 110 min dram (200 ABŞ dolları) pul verir: "Aylıq ərzaq təminatlarını ödəmək üçün hərbçilər azı 20 min dram pul xərcləməlidirlər. Bu zaman sual yaranır: bəs ailələrini necə dolandırsınlar?”

Agentliyin mənbəsinin məlumatına görə, başlıca problemlərdən biri də hərbçilərin özlərilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə bu problem daha da aktuallaşır. Həmçinin, hərbçilərin hər dəfə özlərilə yemək daşıması çətinlik yaradır.

Məsələni araşdıran agentlik Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlik bütün ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu "görmədiklərini" deyirlər.

Qeyd olunur ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər.
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu