Tofiq Bəhramov stadionunda su biznesi – Azarkeşə verilən işgəncə ilə qazanılan pullar – FOTOLAR

Bir neçə gün öncə “Qarabağ” Sloveniyanın “Olimpiya” komandasını Tofiq Bəhramov adına Respublika Stadionda qəbul edib.
Matçın nəticəsi hər kəsi məmnun etsə də, qarşıdurmanı stadionda canlı izləyən azarkeşlərin xoşagəlməyən situasiyalarla qarşılaşıblar.
Minval.info məlumat verir ki, stadiona qapağı bağlı halda su şüşəsi keçirmək olmaz. Ona görə də, birinci qapıdan girərkən polis əməkdaşları su şüşələrinin qapağını açdırıb. Daha sonra azarkeşlər tribunalarda yerlərini tutmaq istəyəndə digər bir polis əməkdaşı qapağı açılmış şüşələrin də keçirilməsinə icazə verməyib. Azarkeşlər məcbur qalıb su şüşələrini zibilə atıb azı 105 dəqiqə susuz matça baxmağa məcbur ediliblər.
Qapağı açılmış su şüşələrinin içəri keçirilməsinə icazə verilməməsinin kökündə isə bəzi maraqlar dayanır. Belə ki, tribunalara yaxın yerdə su köşkü var və təbii ki, qızmar havada yanında su gətirə bilməyən azarkeş də həmin köşklərdən su alacaq. Üstəlik, bu köşklərdə adi su mağazalardakı qiymətlə müqayisədə iki qat daha baha satılır.
Bəzi iddialara görə, stadion rəhbərliyi polislərə məhz stadionun daxilində su satışı həyata keçirilsin deyə tapşırıq verib və buna görə də, azarkeşlərin özü ilə gətirdiyi su şüşələrini min bir yolla içəri buraxılmır.
Bu cür düşünməyə kənardan gətirilən su şüşələrini stadiona buraxmayan polisin köşkdən alınan su şüşələrinin qapağına belə heç qarışmaması əsas verir.
İddialarla bağlı Tofiq Bəhramov adına Respublika Stadionu ilə əlaqə saxlamağa cəhd etdik. Stadionun əlaqə vasitəsi kimi qeyd edilən 3 nömrədən ikisi mövcud deyil, digərinə isə iş saatları daxilində ard-arda nə qədər zənglər etsək də, dəstəyi götürən bir nəfər tapılmadı.
Buna baxmayaraq qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Bu məsələni diqqətlə saxlayacağıq ki, belə məqamlar az-maz inkişaf edən futbolumuza kölgə salmasın.








Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI