Ukrayna böhranının pərdəarxası və Kiyevi nə gözləyir- ANALİZ
Ukraynada sülh razılaşmasının əldə olunması prosesi arxasında gətirdiyi ciddi ziddiyyətlər ilə sona çatdı. İndi belə bir sual yaranır. Bu razılaşmanı Ukrayna tərəfindən kim imzaladı?Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişindən bəri bir il geridə qalıb. Ekspertlər hesab edirlər ki, ölkədə hərbi çevriliş qaçılmazdır. Bu yalnızca vaxt məsələsidir, ssenarilər və hərbi çevrilişə yön verəcək qüvvələr mövcuddur. Ukraynada siyasi şərhçilər ölkədə baş verənlər arxasında Putinin və "Moskvanın agenti" adalandırdıqları digər şəxsləri görürlər. Hansı ki, bu şəxslər və xüsusən batalyon komandirləri silaha sarılıblar və Kiev hökuməti qarşısında haqqlarını müdafiə ediklərini bəyan edirlər. Bəzi ekspertlərə görə, Kiev hökuməti ağılsız və məsuliyyətsiz addımlar atmaqla öz qəbirqazanlarını hazırladı. Fevralın 20-si – Maydanın il dönümü, eyni zamanda Üçüncü Maydanın başlanğıcı ola bilər. Ukrayna media orqanları da müharibəyə başlamaqla edilən ciddi səhvlərin olduğunu yazırlar. Poroşenkonun komandası qeyri-professionaldır. Ölkənin bank sistemi spekulyativ valyuta kursuna görə dağılıb və sürətlə artan inflyasiyanın qarşısını almaq mümükün deyil. Çünki dövlət bürokratları özlərini "vaxtkeçirənlər” kimi görməyə başlayıblar. Yatsenyuk və Poroşenko arasında fikir ayrılığı getdikcə dərinləşməkdədir. Risk böyükdür və saatın əqrəbi hərbi çevriliş vaxtına doğru yavaş-yavaş yaxınlaşır.
Kiev hakimiyyəti məqsədli şəkildə batalyonları doldurmaq üçün Maydan aktivistlərini seçib. Onları cəbhəyə göndərən Kiev hakimiyyətinin məqsədi bu aktivistlərin cəbhədən geri qayıtmaması idi. Batalyonların komandirləri öz imtiyazlarının tanınması üçün parlament üzvü təyin ediliblər. Bu tarixdə nadirən rastlanan bir haldır. Faktiki olaraq ölkədə "paralel baş qərargah rəisliyi" mövcuddur. Azov batalyonunun komandiri, parlamentin üzvü neo-nasist Andriy Belitski öz tabeliyində olan silahlı heyət ilə Kiev küçələrə axışacağını elan edib.
Poroşenko hökuməti üçün bir çox təhlükəli şəxslərin arxasında məşhur taykunların dəstəyi var. Məsələn, yəhudi əsilli Ukrayna bizness oliqarxı Kolomoyski Poroşenko ilə ilk vaxtlar yaxın olsa da, indi aralarda ciddi analşılmazlıqlar yaranıb. Transkarpatiyanın sahibi Viktor Blaqoda isə hələ döyüşlərin getdiyi vaxt 128-ci Muxaçevo Qvardiyasının üsyançıların mühasirəsindən çıxa bilməyəcəyi halında sərt şəkildə müdaxilə edəcəyini bildirmişdi. Blaqodaya görə, əsgərlər prezidentin və ordu rəhbələrinin səriştəsizliyi ucbatından ölürlər.
Fevralın əvvələrində Aidar könüllü batalyonunun ləğv edilməsi qərarı batalyonun döyüşçü dəstələrinin Prezident Adminsitrasiyası binası qarşısına toplaşmasına səbəb olmuşdu. Aidar batalyonunun komandiri və Radikal partiyadan olan parlament üzvü Sergey Melniçyuk dəstəsi ilə birlikdə administrasiya binasına girmək istəmiş ancaq onun qarşısı hərbi polis tərəfindən alınmışdı. Onlar Verxovnaya Rada-dan prezidentin impiçmentə göndərilməsini, Milli Təhlükəsiz və Müdafiə Şurası rəhbərlərinin istefasını, eyni zamanda müdafiə nazirinin istefasını, müdafiə nazirliyinin auditini və baş prokurorun istefasını tələb etmişdilər. Onlar həm də, müəyyən sayda "anti-terror əməliyyatı üzrə peşəkar” keçmiş hərbiçilərin ATƏT missiyalarına daxil edilməsini tələb edirdilər. Melniçyuk bildirirdi ki, Sçastye ərazisində döyüşlər getdiyi zaman Ukrayna qüvvələri batalyon üzərinə Grad və Smerç raketləri ilə 15-20 dəfə hücuma keçiblər.
Cəbhədə vuruşuan 40-dan çox batalyon mövcuddur. Kulçitski və Donbass batalyonları Uqleqorsk yaxınlığında bir-birilə toqquşmuşdular və nəticədə Donbass komandiri Semen Semençenko ağır yaralanmışdı. Keçmiş Milli Təhlükəsizlik vəı Müdafiə Şurası katibi, hazırda isə parlamentin vitse-spikeri olan Andrey Parubiy mümkün hərbi çevrilişin potensial liderlərindən hesab edilir. A.Parubiy bu ilin sonundan etibarən bir neçə dəfə sui-qəsd hədəfi olub. İzlər onun Dövlət Təhlükəsizlik Administrasiyası tərəfindən öldürülmək istənildiyini göstərir. Bu administrasiyanın sədri Valeri Heletey Poroşenkonun loyal müttəfiqlərindən biridir. Buna görə də, sui-qəsd aktına görə məhz ölkə prezidentinin məsuliyyət daşıyacağı bildirilib. Hökumət rejim dəyişikliyinin qarşısını almaq üçün təcili addımlar atıb və 25 min nəfərdən ibarət güclü hərbi polis gücü yaradılıb. Paytaxtda istehkamlar tikilib. Kiev polisinin rəhbəri Aleksandr Tereşçuka görə, 8 istehkam xüsusi hərbi qüvvələr və onların sahib olduğu mərmilər, əl bombaları ilə qorunmaqdadır. Qarnizonlara snayperlər göndərilib və körpülər xüsusi polis qüvvəsi ilə qorunur. Metro və digər bütün yeraltı keçidlərdə metal dedektorlar yerləşdirilib. Şəhər Müdafiə Şurası yüksək fövqəladə hazırlıq vəziyyətinə gətirilib. Valentin Nalivayçenko liderliyindəki Təhlükəsizlik Xidməti dövlət çevrilişinə cəhd edənlərə qarşı mübarizəyə başlayıb. O bildirib ki, bütün Ukrayna Qardaşlıq Batalyonu Rusiya və Rusiya xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir və Kiev yaxınlığında dövlət çevrilişi üçün hazırlanmış silahlar və digər partlayıcılar aşkar edilib. ÜmumUkrayna Qardaşlıq Batalyonunun rəhbəri Vyaçeslav Fursa Rusiyanın maraqlarına xidmət edən provokator adlandırılıb. Baş Qərargah Rəisi polkovnik-leytenant Mixaylo Çornobai da həbs edilib. Onun Rusiyanın agenti olaraq potensial hərbi çevrilişin mərkəzindəki fiqurlardan biri olduğu bildirilib. Ukrayna ordusunun bütün uğursuzluqlarına görə, günahkar seçilməyindən əlavə, Çornobay Life News və digər Rusiya kanallarına informsiya sızdırmaqda da ittiham edilir. CİA-in yetişdirdiyi kadr olan Nalivayçenko irəli sürdüyü ittihamların əslində özünün rəhbərlik etdiyi quruma da aid olduğunu başa düşmür. Heç bir ağıllı ukraynalı Təhlükəsizlik Xidmətini ciddiyə almır.
Kievdə getdikcə böyüyən bu xaos ortamında Poroşenko hökumətinin gördüyü tədbirlər kifayət etməyəcək. Yeni sülh planının qəbul edilməsi hərbi çevriliş tərəfdarları - "Maydan Birliyi” üçün siqnal olacaq. Buna görə də, sülh planını imzalamasına rəğmən Poroşenko onu elan edə bilmədi və hətta Donbass regionuna muxtariyyət verildiyini belə rədd etdi. Halbuki, sülh müqaviləsinin 4-cü, 8-ci və 11-ci maddələrində Donbassa -"tanınmamış "Donetsk və Luqansk Xalq Respublikalarına" özəl muxtariyyət statusları verəcəyi, bu tanınmamış respublikalara öz hərbi milislərini saxlamaq haqqının veriləcəyini və bunun üçün bu ilin sonuna qədər Kiev hökumətini konstitusional islahat keçirəcəyi açıqca bəyan edilir. Əgər Poroşenko bu planı açıqca qəbul etsə o zaman Maydan Birliyi onu dərhal milli xəyanətdə ittiham edəcəklər. Əlbəttə ki, hərbi xuntanın hakimiyyət başına keçməsi "Donetsk və Luqansk Xalq Respublikası" və Ukraynanın böyük hissəsi üçün qəbulolunmazdır. Avropada, bu neo-nasist oyanışı ilə mübarizə aparmaqda ciddi çətinlik yaşayaraq çıxılmaz vəziyyətdə qala bilər. Hərbi xuntanın hakimiyyətinin effektiv olmayacağı rasional düşünən hər kəsə məlumdur. Ancaq, Ukrayna hazırda böyük bir irrasionallıq dalğasının zərbəsi altındadır. Ona görə də yeni dövlət çevrilişi qaçılmaz görünür.
Ancaq, bu son olmayacaq, belə nifrət oyandıran degeneratlar hakimiyyəti uzun müddət qoruya bilməzlər. Növbəti addım isə dövləti dağıtmağı qarşısına məqsəd qoyan hərbi izdihamı susdura biləcək nizamlı ordu tərəfindən atılacaq. Ukraynanın gələcəyi Ukrayna xalqının vəziyyəti dərk etməsindən və dövlətdən bütün ukraynalıların faydalana biləcəyi ədalətli islahatlar tələb etməsindən asılıdır.
Sübhan Padarsoy
Mənbə- Bakuinfo.Az
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən