Məktəblinin intim videosuna baxmaq istəyənlər - Bax bu da Belə
Dunya
Oxunub: 10 261
12 fev 2018 | 00:56
Məktəblinin intim videosuna baxmaq istəyənlər - Bax bu da Belə














Həftə sonu canfəşanlığından- sil süpürdən, biş düşdən canımı qurtarıb üz tutdum sosial şəbəkələrə ki, görüm dünya neçə bucaqdır? Nə var, nə yox, nə baş verir. Gördüm yenə hay-həşirdi , ağız deyəni qulaq eşitmir. Baxdım, baxdım, sonra baxa bilmədim artıq, əsəblərim dözmədi.

Məktəblinin intim videosuna baxmaq istəyənlər - Bax bu da Belə

Səbail rayonu 132-134 nömrəli Təhsil kompleksində baş verən hadisədən dolayı bu gün neçə-neçə ev yeməksiz qalıb. Neçə-neçə uşaq əlində “puzzle” anasının telefonu yerə qoyub onunla oynamasını gözləyib. Bilirsiz niyə? Çünki həmin evlərin qadınlarının bu gün üçün əsas fəaliyyəti medianı başına götürmüş hadisənin- 7-ci sinif şagirdlərinin məktəbin idman zalında çəkilmiş video görüntüsünü axtarmaq olub. Siz hansı ara bu qədər vitaminsizləşdiniz, xanımlar? Bu nə ədəbsizlikdir? Niyə baxmaq istəyirsən o videoya? Sənin haqqın varmı o uşaqları yarğılamağa? Kimsən axı sən, əxlaq keşikçisimi?

Deməli, Feysbukun bir neçə qadın qrupuna göz gəzdirdim. Hamısının bu gün üçün gündəmi eynidir. Yazırlar, söyürlər, qınayırlar, dolayıb gülürlər. Bir-birinin məktub qutusuna video görüntüləri göndərirlər, yeniyetmələrin fotolarını paylaşırlar. Sonra məlum olur ki, vidogörüntüdəki qızın anası da, qruplardan birinin üzvüdür. Paylaşım edən xanımlara bir-bir yazıb silməsini rica edir. Bir ana üçün nə qədər ağır mənzərə olmalıdır bu, təsəvvür edirsinizmi?

Müzakirələr “günahkar kimdir” sualı ətrafında qurulub. Kiminə görə günahkar valideynlər, kiminə görə məktəb rəhbərliyi, kiminə görə zəmanə, kiminə görə isə uşaqların özləridirlər. Mənə görə isə bu günün mənfi “qəhrəman”ları məhz bu iki yeniyetmə yox, onları hoydu-hoyduya götürmüş, məsələnin nə qədər həssas olduğunu dərk etmədən ağzına və ağlına gələni danışan, yazan boşboğazlardır.

Gün o gün olub ki, artıq yeniyetmələr, gənclər hətta uşaqlar da sizin mentalitetinizi, sizin ayıblarınızı, sizin olmazlarınızı qəbul etməz olublar. Hər gün nahar fasiləsində iş yerimin yaxınlığında yerləşən məktəbdən çıxan uşaqlarla yolum kəsişir. Əvvəllər qızların uzun buruq saçlarını, qısa yubkalarını, ədalarını, forslarını, bəzək düzəklərini görəndə “görəsən valideynləri hara baxır” deyirdim.

Bir neçə ay bundan qabaq təxminən beş-altı yaşlarımda çəkdirdiyim şəklimi tapmışdım köhnə albomumdan. Qızıma göstərib, “bax, burda səninlə yaşıdam” demişdim. “Mama, niyə belə çirkin geyinmisən” deyib qol-qanadımı sındırmışdı körpəm. Haqsız da deyildi, əslində. Kürdəmirin mərkəzində eynən çukçalar kimi geydirmişdi anam məni. Hünərim nə idi bəyənməyəm? Ancaq indi hər səhər evdən çıxana qədər geyim müsibəti yaşayırıq uşaqlarla. Öz zövqəri, öz seçimləri, öz həqiqətləri var balaca-balaca uşaqların. Sən onları zorla, ağlada-ağlada istədiyin kimi geydirə bilərsən bəlkə də, evinin həndəvərində uşağına sözünü keçirə də bilərsən. Bəs sonra? Bəs gününün böyük hissəsini keçirdiyi məktəbdə, bağçada necə? Kiminsə umrundadırmı sənin uşağının tərbiyəsi, gələcəyi, taleyi?

Hə bir də, “bizim dövrümüzdə belə deyildi, zəmanə pisdir” deyib məsuliyyəti boynundan atanlara sözüm var. Bizim dövrümüzdə ona görə belə deyildi ki, dərədən qurbağa tutub qarnına şpirislə su doldurub əylənirdik. Toz-torpaqla oynayırdıq, çənəmiz yerə dəyənə qədər qaçırdıq küçədə o baş-bu başa. İndiki “broyler” uşaqlar gözlərini açar-açmaz tutuzdururuq əllərinə planşetləri, telefonları, böyük ekranlardakı cizgi filmələrə zilləyirlər gözlərini- nədi-nədi başımız dinc olsun. O günlərdə gözüm təsadüfən sataşdı xarici kanallardan birində gedən multfilmin baş qəhrəmanına… Hamilə idi. Di gedin!

O qatar çoxdan gedib artıq, indi uşaqlara zorla nəsə etdirmək, öz həqiqətlərini onların beyninə qazımaq mümkün deyil. İndi mənə görə belə uğursuzluqlardan qorunmağın bircə yolu var – maarifləndirmək. Uşaqların əsəblərini “kələmdən çıxdın, leylək gətirdi” boşboğazlıqları ilə pozmayın lütfən. Əksinə, onlara eqolarınızı, lazımsız əxlaq normalarınızı kənara qoyub ilk cinsi təcrübədən, cinsi yolla keçən xəstəliklərdən, erkən hamiləliklərdən, sağlam cinsi əlaqə üçün ilk növbə fiziki böyümənin tamamlanmasının, yəni yetkinliyin bitməsinin zəruri olduğundan və bütün bunların insanda yarada biləcəyi psixoloji fəsadlardan danışmaq lazımdır.

Uşaqları məktəbdən qovmaq, həbs etmək çıxış yolu deyil mənə görə. Sizin dilinizə düşməklə həyatlarının ən böyük cəzasını almış oldular zatən. Lütfən, yaşadığımız cəmiyyətin reallıqlarına uyğun davranın. Başını dayısına, əmisinə kəsdirməmiş əl çəkin o qızdan.

Nərmin Dadaşova, “Qafqazinfo”
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?