Stalin narkotikdən istifadə edirmiş - Tarixi sənədlər
Kokain qəbulu rəhbər tərəfindən müntəzəm həyata keçirilib.
Arxivlər açıldıqca, tarixin uzun illər gizli qalmış bir çox məqamları üzə çıxır. Rusiyanın İctimai-Siyasi Dövlət Arxivində 192 səhifədən ibarət “Tam məxfi” qrifi altında, üzərinə “İosif Vissarionoviç Stalinin xəstəlik tarixçəsi” yazılmış qovluq öz məxfilik statusundan çıxarılaraq, araşdırılanda Stalin haqqında yeni mətləblərə aydınlıq gətirilib.
Azerinfo.az xəbər verir ki, modern.az saytı yenə tarixin Stalinlə bağlı qaranlıq səhifəsinə işıq salır.
Söhbət Stalinin xəstəlik tarixçəsindən gedirsə, qeyd etmək lazımdır ki, sovet liderinin sağlamlıq durumu hələ gənc yaşlarından o qədər də qənaətbəxş olmayıb. Sözsüz ki, gənclik yaşlarından ağır həyat tərzi, həbsxana həyatı və sürgünlər Stalinin sağlamlığında kifayət qədər dərin izlər buraxıb.
Digər bir tərəfdən Stalin tibb elminə çox da inanmayıb, həkimlərə etibar etməyib. Əsasən xalq təbabəti vasitələrindən istifadə edən rəhbər həkimlərə sərt şəkildə iradını bildirib və Gürcüstanda yaşlı insanların şərab və otlarla müalicəsinin daha üstün olduğunu söyləyib.
Əlbəttə, bütün bunlara baxmayaraq Stalinin həyatı həkim müdaxiləsi olmadan ötüşməyib. Həkimlər onun səhhəti ilə ciddi məşğul olublar, müxtəlif dərman preparatlarının qəbulunu mütləq sayıblar.
Ara-sıra kütləvi informasiya vasitələrində Stalinin narkotik vasitələrdən istifadə etməsi vurğulanır. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması uzun illər mübahisələrə səbəb olub. Ancaq yuxarıda qeyd etdiyimiz məxfi qovluq açıldıqdan sonra bu məsələyə tam aydınlıq gətirilib.
Qovluqda Stalinin bağ evində saxlanılan dərmanlarla bağlı ayrıca bölmədə rəhbərin hansı dərmanlardan istifadə etdiyi göstərilib. Bu dərmanların siyahısında yod, validol, nitroqliserin, marqans və digər gündəlik lazım ola biləcək preparatların olması təbii ki, normal haldır. Ancaq məsələ burasındadır ki, bu siyahıda güclü narkotik təsirə malik dionin, kodein və bu qəbildən olan digər dərmanlar da olub. Düzdür, həmin dövrdə bu dərmanlardan istifadə qadağan olunmamışdı. Amma Stalinin qəbul etdiyi dərman preparatlarının arasında 1920-ci ildən SSRİ-də narkotik vasitə kimi istifadəsi qadağan olunmuş kokainin adı da yer alıb.
1944-cü ildə Stalinin kokain qəbul etməsini professor Vinoqradov təyin edib. Bu təyinatı əks etdirən arxiv sənədi bu günə qədər saxlanılır. Həkimin göstəriş vərəqəsində qeyd olunub:
“Hər iki saatdan bir 5 damcı kokain məhlulu burun vasitəsi ilə qəbul edilsin”.
Ehtimal olunur ki, kokain damcıları Stalinə heç də pis təsir etməyib. Çünki hər hansı bir dərmanın xoşagəlməz təsiri olduqda növbəti dəfə Stalin ondan birdəfəlik imtina edirmiş. Kokain qəbulu isə rəhbər tərəfindən müntəzəm həyata keçirilib.
Həkimlərin qənaətinə görə müntəzəm kokaindən istifadə yuxu pozğunluğuna, qıcıqlanmaya, zorakı davranışa, depressiyaya, yersiz əsəbiliyə və bir çox ağır xəstəliklərə səbəb olur.
Kim bilir, bəlkə də Stalinin qəddarlığının və amansızlığının səbəblərindən biri də hamı üçün qadağan, rəhbər üçün məqbul sayılan kokaindən istifadə olub...
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
22-05-2026, 15:30
Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası
22-05-2026, 13:23
Xocavənd şəhərinə daha 17 ailə yola salınıb
22-05-2026, 13:17
Sabahdan bu zolaqlar qüvvədən düşür
22-05-2026, 13:12
Azərbaycanda yeni cərimələr müəyyənləşir
22-05-2026, 13:08
İlham Əliyev Avrasiya Milli Universitetinin rektorunu təbrik edib
22-05-2026, 12:37
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
22-05-2026, 12:02
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
22-05-2026, 11:57
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:48
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
22-05-2026, 11:14
Paşinyanın rəqibindən Azərbaycana HƏDƏ - Rusun "TULASI" bizi hədələyir
22-05-2026, 10:37
Naxçıvanda hərbçi faciəli şəkildə öldü - FOTOLAR
22-05-2026, 10:31
DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub
22-05-2026, 10:26
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
22-05-2026, 09:45
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub - FOTOLAR
22-05-2026, 09:36
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTOLAR
22-05-2026, 09:29
Almaniyada uçmuş evin dağıntılarının altında meyitlər tapılıb
22-05-2026, 09:22
Ebola virusundan ölənlərin sayı artır
22-05-2026, 09:13
Bakı-Tbilisi qatarının bilet satışına start verilib